NATO sabahkı sammitində mühüm qərarlar verəcək HHM sistemləri beş dəfə artırılacaq
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
NATO, Avropadakı üzv ölkələrdən yerüstü hava hücumundan müdafiə (HHM) imkanlarını beş dəfə artırmağı tələb edir.
“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadla yazıb.
Mənbələr bildirir ki, hərbi alyans Rusiyanın təcavüz təhlükəsinə cavab olaraq HHM sahəsindəki boşluqları aradan qaldırmağa çalışır. Bu məsələ iyunun 5-də Brüsseldə keçiriləcək NATO müdafiə nazirlərinin görüşündə əsas müzakirə mövzularından biri olacaq. Hazırda danışıqlar qapalı şəkildə aparılır.
Plana əsasən, HHM potensialının beşqat artırılması NATO-nun Avropadakı üzvləri üçün kollektiv hədəf kimi müəyyən edilib. Bununla belə, ayrı-ayrı ölkələr üzrə öhdəliklər fərqli ola bilər. Bu məqsədə çatmaq üçün konkret vaxt çərçivəsi isə hələlik açıqlanmayıb.
Bu həftə NATO ölkələrinin müdafiə nazirləri, Avropa və Kanadanın yenidən silahlanması, eləcə də ABŞ müdafiə sistemlərindən asılılığın azaldılması istiqamətində addımlar atmağa hazırlaşır. "Bloomberg"in yazdığına görə, bu, Soyuq Müharibə dövründən bəri ən iddialı planlardan biri olan silah ehtiyatlarının artırılması öhdəliyini də əhatə edir.
İyunun 5-də Brüsseldə keçiriləcək görüş həm də 24–25 iyun tarixlərində Haaqada baş tutacaq NATO sammitinə hazırlıq xarakteri daşıyır.
Rasim Əliyev
AzPolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 04 İyun 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















