“NATO Serbiya” hərbi təlimi: 600 hərbçi və 9 ölkədən müşahidəçi
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Serbiya Buyanovats şəhəri yaxınlığındakı “Cənub” hərbi bazasında və “Borovats” təlim poliqonunda ilk dəfə olaraq NATO-nun Neapoldakı Birgə Qüvvələr Komandanlığı birgə hərbi təlimlər keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiya Müdafiə Nazirliyi məlumat yayıb. “Serbiya Silahlı Qüvvələrinin, o cümlədən İtaliya, Rumıniya və Türkiyə ordusunun təxminən 600 hərbçisi “NATO-Serbiya” adlı təlimlərə cəlb olunub. Böyük Britaniya, İtaliya, Almaniya, Rumıniya, ABŞ, Serbiya, Türkiyə, Fransa və Monteneqrodan olan hərbi strateqlər və müşahidəçilər təlimlərin gedişini izləyəcək”, - deyə məlumatda bildirilir.
İkihəftəlik səhra təlimi zamanı sülhün təmin olunması, bazaların mühafizəsi, nəzarət-buraxılış məntəqələrinin fəaliyyəti, kütləvi yığıncaqların idarə olunması və şəhər döyüşləri əməliyyatlarında istifadə edilən taktikalar üzrə məşqlər keçiriləcək. Nazirlik təlimlərin mayın 23-dək davam edəcəyini bildirib.
Serbiya Prezidenti Aleksandr Vuçiç təlimlərə baxmayaraq, Belqradın NATO-nun 1999-cu il bombardmanını unutmayacağını bildirib.
Qeyd edək ki, Müttəfiq Qüvvələr 1999-cu ildə Kosovoda alban əhalinin soyqırımının qarşısının alınması məqsədilə Yuqoslaviyaya qarşı 78 gün davam edən hərbi əməliyyat keçirib. Belqradın məlumatına görə, bombardmanlar nəticəsində 3 min 500 insan həlak olub, təxminən 10 min nəfər yaralanıb ki, bunların da üçdəikisi mülki şəxslərdir. Hərbi əməliyyatlar zamanı ölkəyə dəyən maddi zərər 100 milyard dollara çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 13 May 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















