Gürcüstanda NATO təlimi başladı
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanda NATO-nun “Agile Spirit 2025” (“Çevik ruh” ) adlı çoxmillətli beynəlxalq hərbi təlimləri başlayıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.
Təlimlərin rəsmi açılış mərasimi Tbilisi yaxınlığındakı NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində keçirilib.
“Agile Spirit 2025”ə Gürcüstan, ABŞ, Türkiyə, Polşa, Almaniya, İtaliya, Yunanıstan, Moldova, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva və Ukraynadan olan hərbçilər qatılıblar. Ermənistan və Yaponiyanın Silahlı Qüvvələrinin nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edirlər.
Təlimlər bölgənin iki ölkəsində - Gürcüstan və Türkiyədə keçirilir ki, bu da regional tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verir.
Avqustun 6-dək davam edəcək “Agile Spirit 2025” təliminin məqsədi iştirakçı ölkələrin müdafiə qüvvələrinin hazırlıq səviyyəsini, qarşılıqlı fəaliyyət qabiliyyətini və əməliyyat imkanlarını artırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 25 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















