NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir 1500 hərbçi...
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, Britaniyanın "The Times" qəzeti noyabr ayında keçiriləcək təlimlərdə Avropanın bir neçə ölkəsindən, əsasən Böyük Britaniyadan ən azı 1500 hərbçinin iştirak edəcəyini yazıb.
Manevrlərin əsas məqsədi atəşkəs razılaşması əldə olunacağı təqdirdə Ukraynada vəziyyəti sabitləşdirmək üçün nəzərdə tutulan potensial missiyaya Britaniya, Almaniya və Fransa qoşunlarını hazırlamaqdır.
Təşkilatçıların bildirdiyinə görə, təlimlər çoxmillətli əməliyyatlarda kadrların sürətli dislokasiyası imkanlarını, logistikanı və komandanlığın koordinasiyasını sınaqdan keçirəcək. Məqsəd həmçinin müxtəlif ölkələrin hərbi bölmələri arasında qarşılıqlı fəaliyyəti və əməkdaşlığı gücləndirməkdir.
Qeyd olunur ki, manevrlər "Könüllülər koalisiyası"nın fəaliyyəti çərçivəsində əlaqələndirilir.
Xatırladaq ki, "Könüllülər koalisiyası" ümumilikdə 30-dan çox ölkəni birləşdirən beynəlxalq ittifaqdır. Koalisiya 2025-ci ilin martında Ukraynaya uzunmüddətli hərbi və strateji dəstək vermək məqsədilə yaradılıb.(Publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 18 Oktyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















