NATO xarici işlər nazirləri Rusiyanın Oreşnikdən istifadə etməsini müzakirə edəcəklər
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
NATO xarici işlər nazirləri bu il keçirəcəkləri son iclasda Rusiyanın orta mənzilli “Oreşnik” ballistik raketindən istifadəsini müzakirə edəcəklər.
Bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə məlumat verib.
Onun sözlərinə görə, nazirlər, şübhəsiz ki, Rusiyanın yeni raketdən istifadə etməsi mövzusunu "həm Ukraynaya dəstək, həm də hava hücumundan müdafiə sistemləri ilə təchiz etmək baxımından, həm də alyans ölkələrinin təhlükəsizliyinə təhdidlər kontekstində" müzakirə edəcəklər.
Agentlik əlavə edir ki, NATO-nun mənzil-qərargahı məsələ ilə bağlı heç bir rəsmi şərh verməyib.
Bundan əvvəl Pentaqon ABŞ-ın müdafiə naziri Lloyd Ostinin ukraynalı həmkarı Rüstəm Umerovla telefon danışığı apardığını bildirmişdi. Tərəflər təkcə hərbi əməliyyatların dinamikasını və Ukraynaya hərbi yardımı deyil, həm də Rusiyanın orta mənzilli “Oreşnik” raket sistemindən istifadəsini müzakirə ediblər.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 03 Dekabr 2024 08:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















