NATOnun “İlin fotosu” müsabiqəsinin qalibi məlum olub
NATO-nun təşkilatçılığı ilə “İlin fotosu” adlı müsabiqə keçirilib.
Müsabiqənin qalibi Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı qərargahı kiçik zabit çavuş Yasin Kaan olub.
Yasin Kaan müsabiqəyə "Amfibiya Akın"dan çəkdiyi foto ilə qatılıb.
Yarışla bağlı təfərrüatları Türkiyə Milli Müdafiə Nazirliyi paylaşıb.
Milli Müdafiə Nazirliyinin sosial media hesabından edilən açıqlamada bu ifadələr yer alıb:
NATO-nun "İlin Fotosu" səsverməsində, Hərbi Dəniz Qüvvələrimizin "Amfibiya basqını" fotoşəkili geniş fərqlə birinci seçilib. Xalqımıza və müttəfiq ölkələrin vətəndaşlarına göstərdikləri dəstəyə görə təşəkkür edirik. Şəkil çəkdirən Hərbi Dəniz Qüvvələri Komandanlığımızın şəxsi heyəti, texniki kiçik zabit çavuş Yasin Kaanı təbrik edirik.
Mövsüm
Aznews.az