Icma.az
close
up
RU
NATOnun şərq sərhədlərinin müdafiəsi üçün yeni planlarımız var Blinken hansı yenilikləri açıqlayıb?

NATOnun şərq sərhədlərinin müdafiəsi üçün yeni planlarımız var Blinken hansı yenilikləri açıqlayıb?

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Biz NATO-nun şərq sərhədlərində mövcudluğumuzu ikiqat artırmışıq. Komanda strukturumuzu yeniləmişik. Bizim müdafiə sahəsində yeni planlarımız var, onları həyata keçiririk”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ Dövlət Katibi Antoni Blinken NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirdiyi mətbuat konfransında  çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu uzunmüddətli öhdəliklər və sərmayələr Amerika vətəndaşlarını uzun illər üçün təhlükəsiz saxlamağa kömək edəcək.

“Tam miqyaslı işğaldan 1000 gündən çox vaxt keçməsinə baxmayaraq, Ukrayna güclü olaraq qalır və NATO Ukraynanı güclü şəkildə dəstəkləyir. NATO -dakı müttəfiqlərimiz vasitəsilə biz mühüm yardım göstəririk. Biz NATO-Ukrayna Şurasını yaratmışıq, o, növbəti iclasını bu günlərdə Brüsseldə keçirdi. Biz gələcək səyləri əlaqələndirmək və Ukraynanın alyansa qoşulmasını sürətləndirmək üçün NATO-nun Ukraynaya Təhlükəsizliyə Yardım və Hazırlıq Komandanlığı adlı yeni komandanlıq yaratdıq”-deyə Blinken bildirib.

Onun sözlərinə görə, ABŞ Ukraynaya hava hücumundan müdafiə, artilleriya və zirehli texnikanı gücləndirməyə davam etmək üçün öz resurslarını və təhlükəsizlik yardımını artırır.

Dövlət katibi qeyd edib ki, ABŞ G7 ilə işləyərək dondurulmuş Rusiya aktivlərindən 50 milyard dollar gəlir əldə etmək üçün hazırlıqları yekunlaşdırırlar:  “Eyni zamanda, NATO müttəfiqləri və tərəfdaşları bu yükü bölüşür. Məsələn, Almaniya 680 milyon dollarlıq yeni hərbi yardım elan edib. Bolqarıstan, Çexiya, İsveç və digər ölkələr NATO-nun yeni komandanlığını kadrlarla təmin edir. ABŞ Ukraynaya ümumilikdə 102 milyard dollar, müttəfiqlərimiz və tərəfdaşlarımız isə 158 milyard dollar yardım edib. Dəfələrlə dediyim kimi, bu, bəlkə də bu məsələlər üzərində işlədiyim 32 il ərzində gördüyüm yükü bölüşdürməyin ən yaxşı nümunəsidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 Dekabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri