“Naxçıvan” daha iki yerli basketbolçu ilə gücləndi
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Naxçıvan” basketbol klubu heyətini daha iki yerli oyunçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, klub U-18 Azərbaycan millisinin də şərəfini qoruyan Azər İbrahimovla razılıq əldə edib.
17 yaşlı və 180 sm boya malik basketbolçu son olaraq “LANDAU Lions”un formasını geyinib.
Azər İbrahimov 2026-cı il U-18 Avropa çempionatının B divizionunda ыэллшя oyunda orta hesabla 6,3 xal, 2,5 ribaund və iki məhsuldar ötürmə edib. 2025-ci ildə U-16 Avropa çempionatının C divizionunda isə göstəriciləri daha yüksək olub: 16 xal, 4,8 ribaund və 3,5 assist.
Həmin 2025-ci il turnirində onun ən məhsuldar oyunu Moldova ilə olub: 28 xal, səkkiz ribaund. San-Marinoya qarşı isə 24 xal, yeddi ribaund, altı assist qeydə alıb.
“Naxçıvan”ın digər transferi Rəvan Əliyev olub. Klub 25 yaşlı oyunçu ilə birillik müqavilə imzalayıb.
190 sm boya malik Əliyev son mövsümdə “Sərhədçi”nin heyətində çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 13 Sentyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















