Icma.az
close
up
RU
Naxçıvan Dövlət Kukla Teatrının 37 ci ildönümü qeyd olunub

Naxçıvan Dövlət Kukla Teatrının 37 ci ildönümü qeyd olunub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan, 14 sentyabr, AZƏRTAC

Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasının 37-ci ildönümü və yeni teatr mövsümünün açılışı münasibətilə tədbir keçirilib.

Teatrdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə mədəniyyət və incəsənət nümayəndələri, teatr kollektivi, media təmsilçiləri və teatrsevərlər iştirak ediblər.

Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov çıxış edərək teatrın 37 illik fəaliyyət yolundan, kollektivin yaradıcılıq uğurlarından və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, 1989-cu ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Kukla Teatrı ötən illər ərzində muxtar respublikanın mədəni həyatında özünəməxsus yer tutub. Teatr uşaqların estetik zövqünün formalaşmasına, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə mühüm töhfələr verib.

Qeyd edib ki, teatrın yaradıcılıq fəaliyyəti dövründə müxtəlif mövzulara müraciət olunub, uşaqların marağına səbəb olan çoxsaylı tamaşalar hazırlanaraq nümayiş etdirilib. O, yeni teatr mövsümündə də tamaşaçılara maraqlı və rəngarəng səhnə əsərlərinin təqdim olunmasının əsas məqsədlərdən biri olduğunu vurğulayıb.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və təhsil müəssisələri ilə iş sektorunun müdiri Şamil İbrahimov çıxış edərək Naxçıvan Dövlət Kukla Teatrının keçdiyi yaradıcılıq yolundan, şəhərin mədəni həyatındakı rolundan və 37 il ərzində qazandığı uğurlardan söz açıb. Teatr kollektivinə yeni mövsümdə yaradıcılıq uğurları arzulayıb.

Tədbirin bədii hissəsində rəqs nömrəsi təqdim olunub.

Sonra Naxçıvan Dövlət Kukla Teatrının repertuarında yer alan “Özgəyə quyu qazan” tamaşası nümayiş etdirilib. Tamaşada yaxşılıq və pislik, ədalət və dürüstlük kimi dəyərlər sadə və maraqlı süjet xətti ilə tamaşaçılara çatdırılıb. Səhnə əsəri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Beləliklə, Naxçıvan Dövlət Kukla Teatrının 37-ci ildönümü və yeni teatr mövsümünün açılışı əlamətdar tədbirlə yadda qalıb. Yeni mövsümdə teatrın repertuarının yeni səhnə əsərləri ilə zənginləşdirilməsi nəzərdə tutulur.

Müxbir- Nail Əsgərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Sentyabr 2026 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri