Icma.az
close
up
RU
Naxçıvan Dövlət Milli Dram Teatrı 144 cü mövsümə hazırlaşır

Naxçıvan Dövlət Milli Dram Teatrı 144 cü mövsümə hazırlaşır

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 144-cü teatr mövsümünün açılışına hazırlaşır.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, teatrdan bildirilib ki, 1883-cü ildən fəaliyyət göstərən sənət ocağı yeni mövsümdə də rəsmi tərəfdaşlıqlar, premyeralar və beynəlxalq layihələrlə teatrsevərlərin qarşısına çıxır.

Mövsümün açılış mərasimində Naxçıvan Dövlət Milli Dram Teatrı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında rəsmi əməkdaşlıq sazişi imzalanacaq. Bu sənəd iki böyük səhnə arasında təcrübə mübadiləsi və birgə layihələr üçün yeni imkanlar açır. Tədbirin bədii hissəsində teatrın truppası Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərini təqdim edəcək. Səhnə əsərində mistik və mənəvi-əxlaqi motivlər müasir teatr yanaşması ilə sintez olunub.

Saziş çərçivəsində teatrın Bakıya qastrol səfəri də planlaşdırılır. Dahi dramaturq Hüseyn Cavidin anadan olmasının 144-cü ildönümü münasibətilə Naxçıvan teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində ədibin ölməz "Ana" dramını nümayiş etdirəcək. Bu səfər Cavid irsinə ehtiram və paytaxt tamaşaçıları üçün mühüm mədəniyyət hadisəsidir. Milli dramaturgiya ilə yanaşı, repertuarda dünya klassikasına da xüsusi yer verilir.

İlin sonunadək antik dövrün paslanmaz nümunəsi – Sofoklun "Tiran Edip" faciəsinin təhvil verilməsi nəzərdə tutulur. Eyni zamanda, teatrın mövsüm ərzində bir sıra beynəlxalq teatr festivallarında iştirakı da gündəlikdədir. Sənət ocağı fəaliyyət proqramını "Azərbaycan Mədəniyyəti – 2040 Konsepsiyası" strategiyasına uyğun qurur. Bu çərçivədə teatr idarəçiliyində rəqəmsallaşma, gənc rejissor və aktyorların dəstəklənməsi, eləcə də teatrın inklüzivliyinin artırılması istiqamətində işlər davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 İyul 2026 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri