Icma.az
close
up
RU
Naxçıvan iqtisadiyyatı Zəngəzur dəhlizi ilə canlanacaq

Naxçıvan iqtisadiyyatı Zəngəzur dəhlizi ilə canlanacaq

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fuad İbrahimli: “Birbaşa və rahat yol biznes üçün həyati vacibdir” 


Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; 


Ötənlərdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına hazırlıqla bağlı onlayn müşavirə keçirib. Müzakirədə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli, 611 nömrəli sərəncamından irəli gələn vəzifələr diqqət mərkəzində olub. 

Baş nazir qeyd edib ki, yeni strategiyanın hazırlanması prosesində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması məqsədilə verilmiş tapşırıqlar çərçivəsində muxtar respublikanın mövcud imkanları nəzərə alınmalı, qarşıya qoyulan hədəflər real, dəqiq və ölçülə bilən indikatorlara əsaslanaraq muxtar respublikanın sosial-iqtisadi inkişafı üçün zəruri məsələlər hərtərəfli qiymətləndirilməli və növbəti dövr üçün əhəmiyyətli layihələr də diqqətdə saxlanılmalıdır. Baş nazir vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcək təkliflərin hazırlanması istiqamətində zəruri addımlar atılmalı, təşkilati məsələlər operativ şəkildə yekunlaşdırılmalı və strategiyada nəzərdə tutulacaq təkliflər müzakirə olunması məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim edilməlidir. Bununla yanaşı, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" üzrə Əlaqələndirmə Qrupunun onlayn iclası da keçirilib. Prezident Administrasiyasının, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, İqtisadiyyat, Kənd Təsərrüfatı, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Turizm Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələrinin iştirak etdiyi iclasda gündəlikdə duran məsələlər müzakirə olunub. İclas iştirakçılarına “Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların Azərbaycan Respublikasının digər ərazilərinə daşınması üçün çəkilmiş xərclərə görə dəstək məbləğinin ödənilməsi Qaydası”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın icrası üzrə monitorinq və qiymətləndirmə nəticələri barədə məlumat verilib. İclasda Naxçıvan Muxtar Respublikasında reallaşdırılması nəzərdə tutulan potensial investisiya layihələri diqqətə çatdırılıb, əlaqələndirmə qrupunun üzvlərinin rəy və təklifləri dinlənilib. 2025-ci ilin yanvar-iyul ayları üzrə açıqlanan statistik göstəricilər Naxçıvan Muxtar Respublikasının iqtisadi mənzərəsinin dinamik inkişaf mərhələsində olduğunu nümayiş etdirir. Əldə olunan rəqəmlər göstərir ki, region iqtisadiyyatı həm istehsal, həm xidmət sektoru, həm də investisiya fəallığı baxımından ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli irəliləyişlərə nail olub. Hesabat dövründə ümumi daxili məhsul istehsalı 927 milyon 298 min 100 manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,8 faiz artım deməkdir. 

Bu artım təkcə iqtisadi fəaliyyətin genişlənməsini deyil, həm də regionun istehsal və xidmət infrastrukturunun daha effektiv işlədiyini göstərir. Əhalinin hər nəfərinə düşən ÜDM 4,3 faiz artaraq 1967,1 manata yüksəlib. Bu rəqəm adambaşına düşən gəlirin real olaraq artdığını, iqtisadi inkişafın əhalinin rifahına müəyyən dərəcədə müsbət təsir göstərdiyini ifadə edir. Əhalinin sayında baş verən artım fonunda belə göstəricinin yüksəlməsi, iqtisadiyyatın daxili dayanıqlılığının güclü olduğuna işarədir. Yanvar-iyul aylarında sənaye məhsulu istehsalının həcmi 297 milyon 565 min 100 manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 14 faizlik yüksəliş deməkdir. İstehsal olunan sənaye məhsullarının 82,9 faizi malların, 17,1 faizi isə xidmətlərin payına düşüb ki, bu da iqtisadiyyatın real sektorunun hələ də əsasən maddi istehsala söykəndiyini göstərir. İnvestisiya göstəriciləri iqtisadi inkişafın uzunmüddətli dayanıqlılığı üçün əsas amillərdən biridir. 2025-ci ilin ilk yeddi ayında əsas kapitala yönəldilən vəsaitin həcmi 118 milyon 423 min 900 manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 45,9 faiz çoxdur. Rəqəmlər aydın göstərir ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 2025-ci ilin ilk yeddi ayında həm həcmi, həm də struktur baxımından inkişaf trayektoriyasını qoruyub. Nəticə olaraq, 2025-ci ilin yanvar-iyul aylarında müşahidə olunan artım tempi, sənaye istehsalında yüksəliş və əsas kapitala qoyulan sərmayələrin əhəmiyyətli şəkildə çoxalması, Naxçıvan iqtisadiyyatının həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə dayanıqlı inkişaf modelinə uyğun şəkildə irəlilədiyini göstərir. Ümumiyyətlə, son illər ərzində regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində, demək olar ki, bölgələrin siması dəyişib. Bu tərəqqi, innovativ inkişaf, Naxçıvan Muxtar Respublikasından da yan ötməyib. Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvanın qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar açıb. Hazırda bu imkanlardan istifadə edilməklə muxtar respublikanın sosial-iqtisadi həyatında, o cümlədən əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması əsas prioritetlərdən birinə çevrilib. Prezidentin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası uğurla getməkdədir. Muxtar respublikaya investisiyaların cəlb edilməsi və bu investisiyaların artırılması hərtərəfli inkişaf üçün vacibdir. Bu baxımdan Tədbirlər Planında nəzərdə tutulan yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər görülməsi mühüm əhəmiyyətə malikdir. İnvestisiya qoyulması prioritet olan sahələr, o cümlədən inşaat materialları, şüşə tutumlar, baramaçılıq və ipəkçilik, səhiyyə, dini və ənənəvi turizm, yaşıl enerji, kənd təsərrüfatı məhsulları tədarükü və emalı, günəş panelləri, avtomobil və texnikalar üçün ehtiyat hissələri, boyalar üçün xammal, soda, natrium xlorid, gil xammalı, çini və saxsı qablar, efir yağı, üzvi gübrə, bitumlu membran, corab, sabun, dəftər və qələm istehsalı üzrə sahələr müəyyənləşdirilib. Sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, maliyyə zəmanəti və digər iqtisadi dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsi Təfsilatlı Tədbirlər Planında öz əksini tapıb. Həmçinin Tədbirlər Planının alt bəndində görüləcək işlər sırasında Naxçıvana güzəştli kreditlərin verilməsi ilə bağlı məqsədli limitin ayrılması nəzərdə tutulub. İqtisadi inkişafın müasir mərhələsində mühüm məqsədlərdən biri idxalın məhdudlaşdırılması və bu əsasda yerli məhsul istehsalının stimullaşdırılması, nəticə etibarilə, ixracyönümlü məhsul istehsalının həcminin artırılmasından ibarətdir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsullardan istifadənin təşviq edilməsi proqramın əsas məqsədlərindən biridir. Digər mühüm bir tapşırıq startap layihələrin dəstəklənməsi ilə bağlı tədbirlərin həyata keçirilməsidir. Tapşırığın icrası məqsədilə sahibkarlıq subyektləri ilə görüşlər keçirilərək “Startap Şəhadətnaməsi” və qrantla bağlı dövlət dəstək mexanizmləri barədə onların məlumatlandırılması təmin edilir.


İqtisadçı-ekspert Fuad İbrahimli "Şərq"ə deyib ki, göstəricilərin pozitiv olması yaxşı haldır. Ekspert vurğulayıb ki, ən azından prosesin müsbətə doğru getməsinin şahidi oluruq:


 "Dinamik artım rəqəmlərini Zəngəzur dəhlizinin açılmasından sonra daha çox hiss edəcəyik. Naxçıvanda iqtisadi dövriyyənin, sahibkarlığın, sənayenin inkişafını, investorların real iş görməsinin nəticəsini biznes mühitinin dayanıqlı şəkildə formalaşmasından sonra görəcəyik. Əgər bölgədə biznes mühiti dayanıqlı şəkildə formalaşarsa, Ümumi Daxili Məhsulun istehsalı 5-6 faiz yox, ilkin dövrlərdə illik 20-25 faiz olacaq. Yəni artımın sürət dinamikası o qədər yüksələ bilər. İstənilən halda Naxçıvanda biznesin, sahibkarlığın inkişafına yerli idarələr tərəfindən əlverişli şərait yaradılması, güzəştlərin tətbiq olunması normaldır. Ancaq nəzərə alaq ki, biznesin də öz tələbləri var. Sərbəst və rahat logistika çox önəmlidir. Düzdür, İran və Türkiyə üzərindən hərəkətlər edilir. Amma birbaşa və rahat yolun olması çox mühümdür. O baxımdan beynəlxalq transmilli Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Naxçıvan bölgəsinin iqtisadiyyatı üçün müstəsna əhəmiyyət kəsb edir. Bunun özü biznesin aktivliyini təmin edən hal olacaq. ÜDM-nin tərkib hissəsinin keyfiyyətinin artırılması, məhsulların ixracyönümlü olması da çox önəmlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Oktyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri