Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

Bu gün Naxçıvan, sabah Zəngəzur dəhlizi

Bu gün Naxçıvan, sabah Zəngəzur dəhlizi

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan və Türkiyə strateji tərəfdaş olaraq iqtisadiyyat sahəsində sıx inteqrasiya edir. Bu proses enerji sistemlərimizin də inteqrasiyasına səbəb olur ki, bu da müsbət hal kimi qiymətləndirilməlidir”. 

Bu sözləri "Cebheinfo.az"-a Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisadçı Emin Qəribli  bildirib. Onun sözlərinə görə, ümumiyyətlə, iqtisadi inteqrasiya təkcə ölkələr arasındakı əməkdaşlıqla məhdudlaşmır, o, uzunmüddətli perspektivdə iqtisadi inkişafın əsasını təşkil edir: 

"Enerji sistemlərimizin inteqrasiyası xüsusilə əhəmiyyətlidir. Məsələn, imzalanan müqavilələr çərçivəsində Naxçıvanın enerji təchizatı təmin ediləcək. Bu, Naxçıvanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə və iqtisadi inkişafına töhfə verəcək. Gələcəkdə digər sənaye sahələrinin inkişafına da müsbət təsiri olacaq. Hazırda Azərbaycan həm İran, həm də Türkiyə vasitəsilə enerji təminatını həyata keçirir. Ancaq istisna deyil ki, gələcəkdə Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə enerji ixracını daha da genişləndirəcək. Bu prosesin qısa müddətdə reallaşacağı gözlənilir”.

Ekspert qeyd edib ki, bölgədə mühüm iqtisadi layihələr həyata keçirilir, xüsusilə, Azərbaycanla Türkiyə arasında yeni boru kəmərlərinin çəkilməsi strateji əhəmiyyət daşıyır:

"Bu layihələr təkcə enerji təhlükəsizliyini gücləndirmir, həm də sərhəd bölgələrində, o cümlədən İğdır bölgəsində yaşayan insanların sosial rifahına müsbət təsir edir. Yeni iqtisadi əlaqələrin qurulması və qaz sektorunda əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradılır. 

Qaz və neft, ümumiyyətlə, iqtisadiyyatın əsas sütunlarından biridir. Bu resursların qiymətinin aşağı olması istehsal edilən məhsulların maya dəyərinin azalmasına gətirib çıxarır. Hazırda Naxçıvana müəyyən iqtisadi güzəştlər tətbiq edilir ki, bu da bölgənin iqtisadi inkişafına və Türkiyə ilə inteqrasiyanın dərinləşməsinə müsbət təsir göstərir. Naxçıvan bir növ körpü rolunu oynayır və gələcəkdə Zəngəzur dəhlizi ilə daha böyük iqtisadi inteqrasiyanın tərkib hissəsinə çevriləcək. 

Biz yeni bir iqtisadi mərhələyə daxil olmuşuq. Bu mərhələ davamlı inkişafın, möhkəm əlaqələrin və uzunmüddətli iqtisadi inteqrasiyanın təməlini qoyur. Gələcəkdə yaşıl enerji və digər sahələrdə də ixrac imkanları genişlənəcək, bu da iqtisadi əməkdaşlığımızın daha da möhkəmlənməsinə səbəb olacaq”.

 Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: “Azərbaycan Türkiyə Naxçıvan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Mart 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see282

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see277

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see274

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see257

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see256

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see253

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see251

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see247

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see242

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see238

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see230

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see226

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see219

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see210

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see208

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see205

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see203

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see197

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see181

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri