Naxçıvan məktəblisi ilk dəfə Respublika Fənn Olimpiadasında informatika fənni üzrə qalib olub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan, 1 may, AZƏRTAC
İnformatika fənni üzrə Respublika Fənn Olimpiadasının final mərhələsinin nəticələri elan olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, olimpiadanın Bakı şəhərində keçirilən final mərhələsində iştirak edən Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbin X sinif şagirdi Oruc Cabbarlı Naxçıvanda ilk dəfə olaraq informatika fənni üzrə III yerin qalibi olub.
Qeyd edək ki, bu, muxtar respublikada informatika fənni üzrə qazanılan ilk medaldır. Oruc Cabbarlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən olimpiadalarda istedadlı şagird kimi aşkarlanıb və Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən keçirilən kurslara cəlb olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 01 May 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















