Icma.az
close
up
RU
Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasına yeni kitablar təqdim olunub

Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasına yeni kitablar təqdim olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan, 15 iyul, AZƏRTAC

İyulun 15-də “Əcəmi Seyrəngahı” istirahət kompleksində A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasına verilən yeni kitabların təqdimat mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitabları Bakıda fəaliyyət göstərən, uşaq ədəbiyyatına xüsusi maraq göstərən və maarifləndirici təşəbbüsləri dəstəkləyən bir kitabsevər hədiyyə edib. Bu nəcib təşəbbüs uşaqların oxu vərdişlərinin formalaşması, dünyagörüşlərinin genişlənməsi və kitablarla erkən yaşdan dostluq etməsi baxımından yüksək qiymətləndirilir.

Tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının əməkdaşı Musa Məmmədov açaraq bildirib ki, uşaqların sağlam, xoşbəxt, savadlı, vətənpərvər ruhda yetişməsi dövlət siyasətində mühüm yer tutur. Gələcəyimizin möhkəm əsaslar üzərində qurulması üçün uşaqlara diqqət və düzgün istiqamət verilməsi əsas şərtdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Pərvin Həsənov qeyd edib ki, uşaq kitabxanalarının fəaliyyəti uşaqların intellektual və mənəvi inkişafında əhəmiyyətli rol oynayır. Bu kimi təşəbbüslər onların mütaliəyə marağını artırır, tərbiyə və təhsilinə müsbət təsir göstərir.

Kitabxananın direktoru Ruzi Süleymanov bildirib ki, təqdim olunan yeni nəşrlər müxtəlif yaş qruplarına uyğun olmaqla yanaşı, maraqlı və öyrədici mövzuları əhatə edir. Bu kitablar uşaqların təxəyyülünü, biliklərini və mütaliə vərdişlərini inkişaf etdirmək baxımından faydalıdır.

Tədbirin sonunda yeni kitabların nümayiş olunduğu sərgiyə baxış keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see251

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see207

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see200

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see191

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see152

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see149

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see144

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see138

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see137

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see132

26 yaşlı etirazçı edamdan son anda belə qurtuldu

15 Yanvar 2026 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri