Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Naxçıvan qovurması: o qadına qadın deyərlər ki...

Naxçıvan qovurması: o qadına qadın deyərlər ki...

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycanın özünəməxsus ənənələri, mədəniyyəti, mətbəxi, iqlimi olan bölgələrindən biri də qədim Naxçıvandır. Naxçıvanın sərt iqlim şəraiti ilə əlaqədar deyərlər ki, burada soyuqlar noyabrda başlar, martda bitər. Buna görə də naxçıvanlılar bu soyuqlu-sazaqlı altı aya, qarşıdan gələn qışın qarlı-boranlı günlərinə qara yaz başlanan vaxtdan düz qar yerə düşənədək hazırlıq görərlər. Zirzəmilər, əl damları dağların-düzlərin, həyət-bacaların çeşid-çeşid məhsulları ilə doldurular ki, qışda ruzi bol olsun, el arasında deyildiyi kimi, əlini nəyə atsan, boşa çıxmasın.

Martda göy gurlayıb çölün per-pencərini yeməyə halallıq verəndən camaat başlayar həm istifadə etməyə, həm də qışa tədarükə. Şıppır, ələyəz, əvəlik hörülüb qurudular, hər biri bir dərdin dərmanı olan həmərsindən tutmuş zirincə, yemişanadək, dağ nanəsindən tutmuş yarpıza, kəklikotuna, çobanyastığınadək qurudulub ayrı-ayrı yığılar. Çaşır, sobu, bolu, baldırğanın turşusu tutular, turş, şirin alça, ərik qurudular, alma-heyva dərilib xüsusi anbarlara yığılar, armud, üzüm zirzəmilərin bu başından o başına çəkilən ipdən asılar, cəviz, badam, fındıq çırpılar, kisələrə doldurulub üst-üstə toplanar. Həm həyətlərin, həm də çölün-düzün bütün nemətlərinin mürəbbəsi, kompotu hazırlanar. Həftəbecər qoyular, bircə həftəyə süfrəyə gətirildimi, ardınca taxta çəlləklərdə qış turşusu tutular. Bundan sonra əriştə kəsilər, sərilər, qurudular, qovurulub, götürülər. Buğda yuyulub, kirkirədə çəkilib yarmaya çevrilər və parça torbalarda qış ruziləri yığılan yerə qoyular. Bu işlər noyabrın axırlarınadək – çox soyuq düşməmiş yekunlaşdırılar. Bundan sonra qadınlarımızın qalar bir, həm də ən böyük, çətin işi – qovurma hazırlamaq. Söz vədəsinə çəkər: qovurmadan danışaq.

Qışa hazırlığın ən son işi

Qovurma Naxçıvan mətbəxinə məxsus nəfis yemək növüdür. Naxçıvanda bineyi-qədimdən hər bir nemət kimi, ət də qışa tədarük olunur. Ətin bu cür emal edilməsindən alınan yemək “Naxçıvan qovurması” kimi dillər əzbəridir. Bu həm qış ruzisi, həm də hazır yeməkdir. Qovurmadan qısa müddət ərzində 10-15 adda dadlı-tamlı yemək hazırlamaq olur. Baxmayaraq ki, qışa hazırlığın ən son işi qovurmadır, bu işin təməli əvvəlcədən qoyulur. Ya bir-iki il əvvəl, ya da fevralın axırı, martın əvvəlləri doğulan erkək quzuların ən gümrahı “qışın qovurmalığıdır”, – deyə adlandırılır və o, xüsusi bəslənilir. Yayın sonlarınadək sürüyə ötürülən bu heyvanlar elə ki kərdi-külə pozuldu, kökəldilmək üçün həyətdə saxlanılır. Bu vaxt kəndlərə yolu düşənlər həyətlərdə 2-3 göz muncuğu toğlunun, quzunun payızın sazağından budaqda tab gətirə bilməyib ağacların altına tökülən yarpaqları, xəzəlin altında gizlənib qalmış yaşıl otları şirin-şirin yediklərini, quyruqlarını oynada­oynada ora-bura qaçdıqlarını görüblər. Baxır ilə, il sərt gələndə noyabrın axırları, yumşaq gələndə isə dekabrın ortaları, hələ bəzən sonları bu heyvanlar kəsilir, qışlıq ruzi hazırlanır.

Qovurma Naxçıvanda kiçik bir mərasim şəklində edilir

Bu mərasimə evin ailə qurub ayrı yaşayan övladları, bir də ki ən yaxın qonşular dəvət olunurlar. Nənə-babalarımız deyərlər ki, qovurma etmək tək işi deyil, buna kömək lazımdır. Həm də bəzən bir heyvan yox, 2-si, 3-ü birdən qovurulur. Çünki bu qış ruzisi üçün övladlar da ata ocağına üz tuturlar. Həqiqətən də, belədir. Bunu dəfələrlə müşahidə etmişəm, ötən il isə Şahbuz rayonunun Nursu kəndində olarkən bir daha özlüyümdə bunu təsdiq etdim. Biz evə çatanda iki nəfər həyətdəki yaşlı tut ağacının budağından asılan qoçu soyurdu. Kimi ocağı qurur, kimi ortalığa qazan, ləyən, məcməyi, süzgəc gətirir, kimi də bu sazaqlı havada iş görənlərə bir stəkan çay vermək üçün samovara od salırdı. Bir azdan soyulmuş heyvan elə ağacdaca hissələrə bölünüb, yerə sərilmiş örtüyün üstündəki ləyənlərə yığıldı ki, ət bir qədər soyusun. Sonra kəndlərimizdə bütün evlərdə olan ət doğramaq üçün ərik ağacı kötüyü, bir də ət baltası gətirildi və ət qovurmalıq ölçüdə doğrandı. Əti qovurmalıq doğramaq da hər adamın işi deyil, kəndlərimizdə bunu bilən adamlar var ki, onlar qovurma edilən zaman köməyə çağırılırlar. Bu arada bir kənarda heyvanın quyruğu doğranıb qazana yığılıb ocağa qoyuldu ki, əriməkdə olsun. Ət də yuyulub böyük qazanda ocağa qoyuldu. Elə ki ət qaynara düşdü, qonşudan köməyə çağırılan ağbirçək Səkinə xala dedi ki, hə, burada əlli-ayaqlı olmalısan ki, kəf qarışmasın, yoxsa ətin rəngi tündləşər, təngov bulanıq olar. Elə buradan da maraqlı söhbət başlandı. Səkinə xala qovurmanın keyfiyyətli, dadlı çıxması üçün üç şərtə əməl olunmasını bildirdi: kəf təmiz yığılmalı, ət qaynadılanda və qızardılanda vaxtında götürülməli, bir də duzu qaydasında olmalıdır.

Marağımızı görən Səkinə xala ayağa qalxıb qolunu çırmaladı, dedi ki, gəlin mən göstərim, siz də görün. Onun ilk sözü bu oldu ki, qız-gəlin gərək yemək hazırlayanda, xüsusilə də xəmir yoğuranda, turşu qoyanda, qovurma edəndə önlük taxa, başına ləçək çala ki, hazırladığının içərisinə nə isə düşməsin. Təmiz-tarıq olmaq lazımdır ki, gördüyün işdən də gül ətri gəlsin. Bir də nənələrimiz deyərdilər ki, qış turşusunu qoyanda, əriştə kəsəndə, yarma hazırlayanda, qovurma edəndə heç vaxt ölümdən, xəstəlikdən danışmayın. Nəhs danışanda bu nemətlər də nəhs işlərə qismət olar. O, tez-tez ətə baxırdı ki, birdən vaxtı ötər. “Əti bir az diri götürmək lazımdır ki, qızardanda əzilməsin”, – deyən Səkinə xala bir azdan hazırdır, – deyib, əti kəfkirlə süzgəclərə yığdı ki, suyu süzsün. Qazanın içərisində 10-15 tikə ət qaldı. Mən soruşanda ki, bəs bunu nə üçün götürmürsünüz? O dedi: – Qızım, qovurma edilən həyətdə həmin gün başqa yemək hazırlanmaz. Ətin suyunu göstərərək, bu, təngovdur, buna Naxçıvanın bəzi rayonlarında işgənə, cığatay, şor suyu da deyirlər. Görürsən, nə gözəl ətri var? Bilirsən niyə? Birincisi, ona görə ətirlidir ki, bizim ellərin heyvanlarını kökəldəndə əlimizə keçəni onun qarşısına tökmərik. Çölün-çəmənin güllü-çiçəkli otunun-alafının ətridir bu. İkincisi, 1-2 kiloqram əti qaynadanda belə gözəl ətir gəlmir. Burada 30-35 kiloqram ət bir yerdə qaynadığı üçün belə gözəl ətir verir.

“Yaxşı, ət suyunu süzənədək biz naharımızı edək”, – deyən Səkinə xala səsləndi ki, boşqabları gətirin. Qızlar məcməyilərdə içinə quru lavaş doğranmış 10-15 boşqab gətirdilər. Səkinə xala boşqabların hərəsinə bir tikə ət, 1-2 çömçə təngov qoydu, iy gedir, – deyib ən yaxın 2-3 qonşuya da pay yolladı. Yemək həyətdəki tut ağacının altında yerə açılmış böyük bir xalçanın üzərindəki süfrə başında əyləşənlərə paylandı. Süfrədə sulanmış lavaş, cızdıq (quyruq əridildikdə yerdə qalan hissə), şəhrə (heyvanın ayrı-ayrı yerlərindən götürülmüş yağlı hissələrdir. Bu da quyruqla bir yerdə əridilir, lakin cızdıqdan fərqli olaraq onun üstündə ət də olur), çaşır, baldırğan, bir də ki illik turşu deyilən kələm, pomidor, bibər, kökdən ibarət qarışıq turşu var idi.

Səkinə xalanın həyat yoldaşı Elman kişi əlini çörəyə uzadandan sonra hamı yeməyə başladı. Təngovun isladıb yumşaltdığı quru çörəyin sulanmış çörək və turşu ilə yeyilməsi qədər dadlı başqa heç nə ola bilməz. Düzdür, Naxçıvan mətbəxindən hansı yeməyi yesən, bu fikirdə olursan, lakin qovurmanın belə mərasim şəklində hazırlanması və təngovun kollektiv şəkildə yeyilməsi milli mətbəximizin bu nümunəsini daha dadlı edir.

O qadına qadın deyərlər ki...

Yeməkdən sonra süfrəyə ətirli samovar çayı gətirildi. Kişilərin işləri bitdiyinə görə kimi nərd, kimi də şahmat oynamağa başladı, qadınları isə Səkinə xala səslədi ki, ay qızlar, ocaq başına. Ocağın üstünə böyük bir teşt qoyuldu, quyruq yağı oraya boşaldıldı, yağ dağ olanda ət əlavə edildi, yaxşıca qızardıldı. O, aradabir ətdən götürüb boşqabın içərisinə qoyur, bıçaqla bölüb içinə baxır və deyirdi ki, yaxşı qızardılmasa, qovurma tez xarab olar. Sonra emallı vedrə gətirildi, birinci ətlər yığıldı, sonra üzərinə yağı əlavə olundu. Səkinə xala dedi ki, yağ əti ­basmalıdır, yəni qabdakı ətin üzərindən 1-2 santimetr yuxarıda qalmalıdır. Əsl qovurma odur ki, öz yağı özünü bassın. Sonra vedrənin qapağını qoydu, ağız şirinliyi ilə yeyin, xeyir işlərə qismət olsun, – deyib, kəndirlə onun ağzını bağladı. Yenə də marağımızı görüb dedi ki, bəli, qovurma qış ruzisidir. Həm 15-20 gün qalmalıdır ki, bir özünü tutsun, həm də indidən ağzını qoydunsa bunun üstünə, bəs qışın şaxtasında nə yeyərsən? Qovurma qabının ağzı dekabr ayının sonlarında açılmalıdır. İndi yeməyə gör nələr var, amma qışda olmayacaq. Qışda hərdən bir­-iki qaşıq götürüb sıyıq əriştəyə, yarma aşına, şep qovurmasına vurmalısan, yumurtanı onunla salmalısan ki, uşağın-böyüyün dizinə qüvvət, gözünə nur olsun. Qəflətən qonaq gələndə bir qovurma bozbaşı bişirib süfrəyə qoyaraq onu mətbəximizin zəngin nemətləri ilə tanış etməlisən. Bir də ki bu yerlərdə o qadına qadın deyirlər ki, yazın gözü açılana 1-2 bişirimlik qovurma saxlaya bilə ki, qazayağını, cacığı, çirişi, şepi onunla qovurub süfrəyə verə.

Səkinə xala maraqlı bir məsələyə də toxundu: “Bəzən qan təzyiqi olan adamlar və ya qoyun ətini sevməyənlər qovurmanı dana ətindən də edirlər. Amma ata-babadan qovurma qoyun ətindən hazırlanır. Dana ətindən edəndə onu mağazalarda satılan yağlarla və ya alınma quyruqla qovururlar. Bu qoyun qovurmasının dadını-ləzzətini vermir”.

Naxçıvan qovurmasının sorağı ilə...

İlin bu vədəsində Naxçıvan daha çox qonaqlı-qaralı olur. Çünki bu yerin sakinləri ilə yanaşı, buraya səfər edib qovurmanı dadan və dadı damaqlarında qalan insanlar da artıq Naxçıvan qovurmasının vurğunudurlar. Çünki qovurma zaman-zaman bu qonaqlar üçün açılan süfrələrə düzülən bir-birindən dadlı nemətlərdən olub. Onu dadanlar isə “bu nədir, necə hazırlanır” kimi sualları bir-birinin ardınca yağdırıb, bu nemətin dadına heyran qaldıqlarını həmişə bildiriblər. Bu səbəbdən də hər payız qovurmanın sorağı ilə qədim diyara üz tutur, istər şəxsi ailə təsərrüfatlarında hazırlanan, istərsə də ət və ət məhsulları emalı müəssisələrində istehsal olunan qovurmadan alır və soyuq fəslin ruzisi kimi qışa saxlayırlar.

Artıq Naxçıvan qovurmasının Bakıda, Gəncədə satışları həyata keçirilir. Və doyulmaz dadı olan bu nemət hər kəsin zövqünü oxşayır. Odur ki, harada satılmasından asılı olmayaraq Naxçıvan qovurmasını sevənlər uzaq məsafə də olsa, qət edib qovurma sorağı ilə həmin ünvana gəlir və onu dadırlar. Necə ki, gözəl ölkəmizin hər bir regionuna məxsus məhsulların sorağı ilə məsafələr qət edirik, Naxçıvan qovurması üçün də eynilə. Gedirik, alırıq, süfrələrimizi bəzəyirik.

Hər zaman süfrələrimiz açıq, bir-birindən gözəl nemətlərimizlə bol olsun.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:322
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Dekabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri