Icma.az
close
up
RU
Naxçıvan şəhərinin bir sıra ərazilərində idman qurğuları istifadəyə verilib FOTO İdman və Biz

Naxçıvan şəhərinin bir sıra ərazilərində idman qurğuları istifadəyə verilib FOTO İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan şəhərinin bir sıra ərazilərində, ümumilikdə 8 yerdə açıq hava idman qurğularının quraşdırılması işi icra olunur.

İdman.biz xəbər verir ki, artıq quraşdırma işi tamamlanan 5 idman meydançası əhalinin istifadəsinə verilib.

Bununla əlaqədar bu gün təqdimat tədbiri keçirilib. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov Dövlət Proqramı çərçivəsində həyata keçirilən sosial layihənin əhəmiyyəti barədə danışıb, qurğuların quraşdırılması ilə bağlı icra olunan işlər barədə məlumatları diqqətə çatdırıb.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin rifah halının yüksəldilməsi, müxtəlif xidmət sahələrində xidmət keyfiyyətinin artırılması, vətəndaş məmnunluğuna xidmət edən digər məsələlərin həlli prioritet təşkil edir. Naxçıvan şəhərində açıq hava idman qurğularının istifadəyə verilməsini bədən tərbiyəsi və idmanın inkişafı, əhalinin, xüsusən də gənc nəslin sağlam həyat tərzinə təşviqi və şəhər infrastrukturunun zənginləşməsinə töhfə kimi dəyərləndirən Məcid Seyidov sakinləri təbrik edib, sözügedən idman meydançalarının ümumi məqsədlər baxımından faydalı olacağına inamını ifadə edib. Göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.

Əhalinin istifadəsinə verilən idman meydançaları Heydər Əliyev prospekti, Əliabad qəsəbəsi, Əziz Əliyev küçəsi (2 yer) və Əlincə məhəlləsində yerləşir. Şəhərin daha 3 ərazisində quraşdırma işləri yekun mərhələdədir və qarşıdakı günlərdə istifadəyə verilməsi nəzərdə tutulub. Hər birinin sahəsi 76 kvadratmetr olan idman meydançalarında 12 dəst müxtəlif funksiyalı açıq hava tipli idman aləti, ətrafında skamyalar və zibil qutuları mövcuddur.

Qeyd edək ki, müxtəlif yaş qruplarına uyğun dizayn edilən alətlər fiziki hazırlığı artırmaq, əzələləri möhkəmləndirmək və müxtəlif məşq proqramlarının icrası üçün əlverişlidir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Dekabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri