Naxçıvan Sənaye Parkının layihə smeta sənədlərinin hazırlanmasına başlanılıb
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Naxçıvan Sənaye Parkı üçün daxili infrastrukturun yaradılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.
Missiya.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonalarin İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, görüləcək işlərə mühəndis-geoloji və topoqrafiya işlərinin aparılması, baş planın, şəhərsalma əsaslandırılması layihəsinin, işçi layihəsinin, ərazinin relyefə uyğun olaraq planlaşdırılması, hamarlanması və torpaq kütləsinin kartoqrammasının hazırlanması daxildir. Həmçinin ərazinin sel sularından qorunması üçün seltoplayıcı kanallar layihələndirilməlidir.
Bundan başqa, sənaye parkının daxili yollarının eni və asfalt örtüyünün qalınlığı daxildə hərəkət edən avtomobillərinin əksəriyyətinin ağır tonnajlı (TIR) maşınlar olması nəzərə alaraq layihələndirilməli, eləcə də dalan dəmir yolu xətti layihələndirilməli və işlər yerli tikinti materiallarından istifadə olunmaqla yerinə yetirilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 26 Sentyabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















