Icma.az
close
up
RU
Naxçıvan Sənaye Parkının yaradılmasının məqsədləri açıqlanıb

Naxçıvan Sənaye Parkının yaradılmasının məqsədləri açıqlanıb

Report.az saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan Sənaye Parkı fəaliyyətə başladıqdan sonra ölkədə qeyri-neft-qaz sənayesi məhsullarının istehsalının artmasına, ixrac coğrafiyasının genişlənməsinə, ən əsası bölgədə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə töfhə verəcək.

Bunu “Report”a açıqlamasında İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

"Ölkə Prezidentinin 5 dekabr 2024-cü il tarixli fərmanı ilə ölkədə daha sənaye zonası yaradılır. Naxçıvan Sənaye Parkı ilə birlikdə sənaye zonalarının sayı 13-ə çatacaq. Onlardan 11-nin idarəçiliyi İqtisadi Zonaların İnkişafı Agentliyinə məxsusdur. Naxçıvanda sənaye zonasının yaradılmasında məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Digər sənaye parklarında olduğu kimi Naxçıvan Sənaye Parkının rezidentləri də istehsal prosesini ekoloji tələblərə cavab verməklə həyata keçirəcəklər",- deyə o qeyd edib.

Agentlik rəsmisi xatırladıb ki, fərmanla yeni sənaye parkının ərazisi 310 hektar müəyyənləşdirilib: "Ölkəmizdə fəaliyyət göstərən digər sənaye parklarında olduğu kimi burada da sahibkarlar üçün stimullaşdırıcı tədbirlər həyata keçiriləcək. Rezidentlər dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, elektrik enerjisi, su, kanalizasiya, fiber-optik internet şəbəkəsi, daxili avtomobil yolları) təmin ediləcək, qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və yaxud mənfəət vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunacaql Parkın qurulmasında təşkilati, infrastruktur işləri tamamlandıqdan sonra sahibkarların sənaye parkının rezidenti kimi qeydiyyata alınması prosesinə başlanılacaq. Parkın rezidenti olmaq istəyən sahibkarlar öz biznes layihələrini Agentliyi təqdim edə bilərlər. Layihələrə baxıldıqdan sonra prioritet fəaliyyət istiqamətlərinə uyğun olan layihələrə rezidentlik statusu veriləcək".

S.Adıgözəlovun sözlərinə görə, indiyə qədər sənaye zonalarında investisiya kapitalı 7,88 milyard manat olan 157 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan da 81-i artıq fəaliyyətə başlayıb: "İndiyə qədər sahibkarlar sənaye zonalarına 6,8 milyard manat investisiya yatırılıb və 10 580-dən çox daimi iş yeri yaradıb. Təkcə bu ilin 9 ayında isə sənaye zonalarına 223 milyon manat investisiya yatırılıb, 500-ə qədər daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 1 milyard manatdan atıq investisiyanın yatırılması, 9 400-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur".

"Agentlik olaraq sahibkarların sənaye zonalarına cəlb edilməsi istiqamətinə mütəmadi olaraq işlər görürük. Bu ilin yanvar-oktyabr aylarında sənaye zonalarında 27 sahibkarlıq subyektinə rezident statusu verilib. Yeni rezidentlərin sənaye zonalarına ümumilikdə 213 milyon manatdan çox investisiya yatırması, 2 600-dən artıq daimi iş yeri yaratması nəzərdə tutulur", - deyə S.Adıgözəlov vurğulayıb.

2015-ci ildən 2024-cü il oktyabrın 1-nə qədər sənaye zonalarında 14,5 milyard manatlıq məhsul satılıb, bunun da 4,7 milyard manatlıq hissəsi ixrac edilib. Bu ilin ilin 9 ayında isə sənaye zonalarında 2,4 milyard manatlıq məhsul satılıb ki, bunun da 801,1 milyonluq hissəsi ixracın payına düşüb. Sənaye zonalarında istehsal edilən məhsullar 70-dən çox ölkəyə ixrac edilir. 9 ayda sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,5 %, ixracında isə 26 % təşkil edib.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Dekabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri