Icma.az
close
up
RU
Naxçıvan Şərqi Zəngəzur Qarabağ: tam suverenliyin təntənəsi

Naxçıvan Şərqi Zəngəzur Qarabağ: tam suverenliyin təntənəsi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın bərpa etdiyi tarixi ədalət qlobal maraqlara xidmət edir

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində regional kommunikasiyaların açılması xüsusunda Zəngəzur dəhlizi və Araz dəhlizi barədə söz açmış, layihələrin önəminə toxunmuş, ən başlıcası isə, ölkəmizin yekun strateji məqsədini vurğulamışdı: “Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq – biri Ermənistan üzərindən, biri isə İran üzərindən. Biz faktiki olaraq Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik”.

Prezident İlham Əliyev yerli telekanallara ötən il yanvarın 7-dəki müsahibəsində də eyni məqamı qabartmışdı: “Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, “yaşıl enerji” və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir”.

Bundan başqa, Prezident İlham Əliyev ötən il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olumuş müşavirədə keçmiş sovet hakimiyyətinin Qərbi Zəngəzuru 1920-ci ilin noyabrında Azərbaycandan aldığını demiş, durumu xalqımıza qarşı cinayət kimi qiymətləndirmişdi. Dövlətimizin başçısı, həmçinin, bunun birinci və sonuncu hal olmadığını, respublikamızın ərazisində “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradıldığını, əvvəlki dövrdə çar Rusiyası tərəfindən ermənilərin Azərbaycan ərazilərinə köçürüldüklərini, daha əvvəl isə öz rəhbərliyini davam etdirəcəyinə zəmanət verilmiş Qarabağ xanının öldürülməsini də cinayət prizmasından dəyərləndirmişdi. Ölkəmizin liderinin mövcud xüsusda vurğuladığı başlıca məqam isə bu idi: “Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq”.

Bəli, Azərbaycan dövləti hələ işğal illərində də Qərbi Azərbaycan və Zəngəzur mövzusunu daim gündəmdə saxlamış, məsələnin tarixi, hüquqi və siyasi mahiyyətini ardıcıl şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı. Şanlı Zəfərimiz nəticəsində işğal başa çatdıqdan sonra isə yanaşmamız daha fundamental forma və məzmun daşımışdı. Çünki ortada qlobal fayda var və ölkəmiz mühüm regional aktor obrazındadır.

Prezident İlham Əliyev 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündəki çıxışında Zəngəzurun Türk dünyasının bədəninə saplanmış “xəncər” olduğunu demiş, bu tarixi ədalətsizliyin artıq aradan qaldırılması naminə fəaliyyətin başlandığını vurğulamışdı. Ən başlıcası isə, dövlətimizin başçısı Zəngəzurdan keçən nəqliyyat və kommunikasiya xətlərinin gələcəkdə bütün Türk dünyasını birləşdirəcək strateji rol oynayacağını bəyan etmişdi.

Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə səsləndirdiyi fikirlər də gündəmə gətirdiyimiz mövzu baxımından müstəsna əhəmiyyət daşımaqdadır. Ölkəmizin lideri həmin görüşdə bildirmişdi ki, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Azərbaycanın digər tarixi torpağı olan Zəngəzur ölkəmizdən qoparılaraq Ermənistana birləşdirilib. Bu addım xalqımıza qarşı növbəti cinayət olmaqla yanaşı, bizi Naxçıvandan və Türkiyədən ayırmaq, Türk dünyasının coğrafi bütövlüyünü pozmaq kimi geosiyasi məqsəddən qaynaqlanırdı.

***

Bəli, tarixi faktlar da Naxçıvanın, Şərqi Zəngəzurun və Qarabağın vahid məkan olmasından xəbər verir. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli 1919-cu il dekabrın 22-də parlamentdəki çıxışında Zəngəzurun Qarabağın ayrılmaz hissəsi olduğu açıq şəkildə ifadə etmişdi. O, müxtəlif intriqalarla Zəngəzurun Qarabağdan kənarda göstərilməsinə cəhdlərin əsassız olduğunu, bu mahalın yüzilliklər boyu Qarabağın ruhunu təşkil etdiyini diqqətə çatdırmışdı. Çünki Yusifbəyli erməni millətçilərinin iddialarının bitmədiyini, İrəvandan sonra növbəti hədəfin Zəngəzur olduğunu gözəl bilirdi...

Məlumdur ki, Antanta dövlətlərinin təzyiqlərinə baxmayaraq, AXC hökuməti Zəngəzurun və Naxçıvanın əldən çıxmasına yol verməmək üçün ciddi addımlar atmışdı. Bu baxımdan 1919-cu il yanvarın 25-də Qarabağ general-qubernatorluğunun yaradılması, Xosrov bəy Sultanovun rəhbərliyi altında həyata keçirilən hərbi-siyasi tədbirlər bölgədə Azərbaycanın suverenliyini möhkəmləndirmişdi. Lakin ABŞ polkovniki Ceyms Reyin vasitəçiliyi ilə əldə edilən “sülh sazişi” nəticəsində ordumuzun Zəngəzurdan çıxmasından dərhal sonra ermənilər bölgəni işğal etmiş və genişmiqyaslı etnik təmizləmə həyata keçirmişdilər.

1920-ci ilin sovet işğalından sonraya diqqət yetirsək, Zəngəzurun taleyinin bolşevik Rusiyasının siyasi sövdələşmələrinin predmetinə çevrildiyini görə bilərik. Ermənistanın sovetləşməsi müqabilində Zəngəzur haylara “hədiyyə” edildi. 1921-ci ilin iyununda bölgənin Ermənistan SSR-in tərkibinə daxil edilməsi bunu rəsmiləşdirdi və beləliklə, tarixi ədalətsizlik baş verdi. Prosesdə azərbaycanlıların iradəsi və hüquqları qətiyyən nəzərə alınmadı. İş o yerə çatdı ki, həmin dövrdə Qərb mətbuatı da məsələdən yazdı, Avropa nəşrlərində Sovet Rusiyasının Zəngəzuru Ermənistana güzəştə getməsi açıq şəkildə etiraf edildi.

Bütün bu olanların fonunda tam əminliklə deyə bilərik ki, XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti, əslində, iki əsrlik planın davamı idi. Lakin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərimiz bu planı iflasa uğratdı. Azərbaycan öz haqqını bərpa etdi və regionda yeni reallıq yaratdı. Ölkəmizin Naxçıvana maneəsiz və sərbəst yol tələbi də bu reallığın doğurduğu ədalət mənzərəsidir. Söhbət “Azərbaycandan Azərbaycana yol” məntiqindən gedir. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Zəngəzur dəhlizi Qarabağın iqtisadi bütövlüyünü möhkəmləndirən, regionda əməkdaşlıq imkanlarını genişləndirən layihə kimi bütün dünyada qəbul edilməkdədir.

***

Sonda ümumiləşdirmə apararaq deyək ki, proseslər tarixi ədalətin bərpasına doğru gedir. Prezident İlham Əliyevin müsahibəsində bildirdiyi də elə budur və məsələnin həm siyasi, həm də mənəvi tərəfi var. Dövlətimizin başçısının “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq” ifadəsi, ilk növbədə, alternativsizliyin aradan qaldırılması anlamına gəlir. Bu yanaşma Azərbaycanın Naxçıvanla əlaqəsinin bir ölkənin iradəsindən asılı olmadığını, siyasi təzyiq və ya blokada riskinin artıq neytrallaşdırıldığını, kommunikasiya məsələsinin suverenlik səviyyəsinə qaldırıldığını göstərir. Hazırda Ermənistanla bağlı durum tam aydındır. Ermənistan baş nazir Nikol Paşinyanın ötən il avqustun 8-də Vaşinqtonda imza atdığı Birgə Bəyannamə ilə üzərinə konkret öhdəlik götürüb. Bu öhdəlik həm də təcriddən xilasolma, sistemli mənfəət yoludur. İran üzərindən bağlantının xüsusi vurğulanması isə Azərbaycanın çoxvektorlu xarici siyasətinin göstəricisidir. Özlüyündə bu xətt Ermənistanın mümkün manevrlərini neytrallaşdırmaqla yanaşı, regionda heç bir ölkənin, belə demək mümkünsə, monopolist mövqe əldə etməsinə imkan vermir, Bakı–Tehran əməkdaşlığını praktik müstəviyə daşıyır, münasibətləri real infrastrukturla möhkəmləndirir.

Digər tərəfdən, Prezident İlham Əliyevin “Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik” mesajı ideoloji və konseptual məna yüklüdür. Burada söhbət təkcə yolların çəkilməsindən getmir. Dövlətimizin başçısı vaxtilə Ermənistanın və erməni amilinin vasitəsilə parçalanmış coğrafiyanın birləşməsinin qaçılmazlığı anonsunu verir. Yəni XX əsrdə zorla qırılmış coğrafi ardıcıllıq XXI əsrdə siyasi iradə və qlobal iqtisadi layihələrlə bərpa olunur. Deməli, münaqişə ritorikasından fərqli olaraq, tarixi məsələ gələcəyin qlobal iqtisadi infrastrukturuna çevrilir.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri