Icma.az
close
up
RU
Naxçıvan Qarabağ Şərqi Zəngəzur: strateji hədəf naminə ali əminlik

Naxçıvan Qarabağ Şərqi Zəngəzur: strateji hədəf naminə ali əminlik

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Prezident İlham Əliyevin iradəsi və tarixi ədalətin bərpası əzmi

Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə bir çox vacib məqamlara toxunduğu kimi, ölkəmizin strateji baxış bucağını da açıqlayıb. Dövlətimizin başçısı bildirib ki, Naxçıvanda da Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə yaradılıb: “Bununla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir”.

Haqqında söz açdığımız strateji baxış Prezident İlham Əliyevin məhz diqqətə çatdırdığımız iqtibasdakı fikirlərində ifadəsini tapır. Nəzərə alaq ki, dövlətimizin başçısı mövzuya ilk dəfə deyil toxunur. Ölkəmizin lideri bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində regional kommunikasiyaların açılması xüsusunda Zəngəzur dəhlizi və Araz dəhlizi layihələrinin önəmindən söz açmış, ölkəmizin məqsədini vurğulamışdı: “Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq, biri Ermənistan üzərindən, biri isə İran üzərindən. Biz faktiki olaraq Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik”.

Prezident İlham Əliyev yerli telekanallara ötən il yanvarın 7-dəki müsahibəsində də eyni məramı bir qədər əhatəli şəkildə qabartmışdı: “Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, “yaşıl enerji” və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki, bu, bizim bölgüyə görə üç regiondur. Amma eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir”.

Bundan başqa, Prezident İlham Əliyev ötən il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə keçmiş sovet hakimiyyətinin Qərbi Zəngəzuru 1920-ci ilin noyabrında Azərbaycandan aldığını demiş, bunu xalqımıza qarşı cinayət kimi qiymətləndirmişdi. Dövlətimizin başçısı, həmçinin bunun birinci və sonuncu hal olmadığını, respublikamızın ərazisində “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradıldığını, əvvəlki dövrdə çar Rusiyası tərəfindən ermənilərin Azərbaycan ərazilərinə köçürüldüyünü, daha əvvəl isə öz rəhbərliyini davam etdirəcəyinə zəmanət verilmiş Qarabağ xanının öldürülməsini cinayət prizmasından dəyərləndirmişdi. Ölkəmizin liderinin mövcud xüsusda vurğuladığı başlıca məqam isə bu idi: “Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq”.

Qeyd edək ki, Azərbaycan dövləti hələ işğal illərində Qərbi Azərbaycan və Zəngəzur mövzusunu daim gündəmdə saxlamış, məsələnin tarixi, hüquqi və siyasi mahiyyətini ardıcıl şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı. Deməli, Prezident İlham Əliyev avqustun 11-dəki müsahibəsində ölkəmizin öz əsas hissəsini Naxçıvanla birləşdirmək arzusunun əvvəldən olduğunu təsadüfən bildirmir. Dövlətimizin başçısının məntiqindəki stratejilik həm də budur və mövcud istiqamətdə ali əminlik var: “Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq”. Prezident İlham Əliyevin “Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik” şəklindəki mesajı ideoloji və konseptual məna yüklüdür. Burada söhbət təkcə yolların çəkilməsindən getmir. Dövlətimizin başçısı vaxtilə Ermənistanın və erməni amilinin vasitəsilə parçalanmış coğrafiyanın birləşməsinin qaçılmazlığı anonsunu verib. Yəni XX əsrdə zorla qırılmış coğrafi ardıcıllıq XXI əsrdə siyasi iradə və qlobal iqtisadi layihələrlə bərpa olunur. Deməli, münaqişə ritorikasından fərqli olaraq, tarixi məsələ gələcəyin qlobal iqtisadi infrastrukturuna çevrilir. Prezident Əliyev Azərbaycanın Zəfərlə mövcud istiqamətdə ciddi immunitet qazandığını vurğulayır. Söhbət həm də Vətənimizi qədim diyarımız olan Naxçıvandan ayrı salan ədalətsizliyi aradan qaldırmaq immunitetindən gedir. İmmunitet özünü əməli tədbirlərdə göstərməlidir, göstərir və göstərəcək. Əlahəzrət tarix də bunun haqq işi olduğunu təsdiqləyir.

***

Bəli, tarixi faktlar Naxçıvanın, Şərqi Zəngəzurun və Qarabağın vahid məkan olmasından xəbər verir. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli 1919-cu il dekabrın 22-də parlamentdəki çıxışında Zəngəzurun Qarabağın ayrılmaz hissəsi olduğunu açıq şəkildə ifadə etmişdi. O, müxtəlif intriqalarla Zəngəzurun Qarabağdan kənarda göstərilməsinə cəhdlərin əsassız olduğunu, bu mahalın yüzilliklər boyu Qarabağın ruhunu təşkil etdiyini diqqətə çatdırmışdı. Çünki Yusifbəyli erməni millətçilərinin iddialarının bitmədiyini, İrəvandan sonra növbəti hədəfin Zəngəzur olduğunu gözəl bilirdi... O da məlumdur ki, Antanta dövlətlərinin təzyiqlərinə baxmayaraq, AXC hökuməti Zəngəzurun və Naxçıvanın əldən çıxmasına yol verməmək üçün ciddi addımlar atmışdı. Bu baxımdan 1919-cu il yanvarın 25-də Qarabağ general-qubernatorluğunun yaradılması, Xosrov bəy Sultanovun rəhbərliyi altında həyata keçirilən hərbi-siyasi tədbirlər bölgədə Azərbaycanın suverenliyini möhkəmləndirmişdi. Lakin ABŞ polkovniki Ceyms Reyin vasitəçiliyi ilə əldə edilən “sülh sazişi” nəticəsində ordumuzun Zəngəzurdan çıxmasından dərhal sonra ermənilər bölgəni işğal etmiş və genişmiqyaslı etnik təmizləmə həyata keçirmişdilər. Yəni tarixin Birləşmiş Ştatlarla bağlı belə bir gedişatından da xəbərdarıq...

1920-ci ilin sovet işğalından sonraya diqqət yetirsək, Zəngəzurun taleyinin bolşevik Rusiyasının siyasi sövdələşmələrinin predmetinə çevrildiyini görə bilərik. Ermənistanın sovetləşməsi müqabilində Zəngəzur haylara “hədiyyə” edildi. 1921-ci ilin iyununda bölgənin Ermənistan SSR-in tərkibinə daxil edilməsi bunu rəsmiləşdirdi və beləliklə, barəsində söz açdığımız tarixi ədalətsizlik yaşandı. Prosesdə azərbaycanlıların iradəsi və hüquqları qətiyyən nəzərə alınmadı. İş o yerə çatdı ki, həmin dövrdə Qərb mətbuatı da məsələdən yazdı, Avropa nəşrlərində Sovet Rusiyasının Zəngəzuru Ermənistana güzəştə getməsi açıq şəkildə etiraf edildi.

***

Bütün bu olanların fonunda əminliklə deyə bilərik ki, XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti, əslində, iki əsrlik planın davamı idi. Lakin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərimiz bu planı iflasa uğratdı. Azərbaycan öz haqqını bərpa etdi və regionda yeni reallıq yaratdı. Ölkəmizin Naxçıvana maneəsiz və sərbəst yol tələbi də bu reallığın doğurduğu ədalət mənzərəsidir. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Zəngəzur dəhlizi Qarabağın iqtisadi bütövlüyünü möhkəmləndirən, regionda əməkdaşlıq imkanlarını genişləndirən layihə kimi bütün dünyada qəbul edilir. Dövlətimizin başçısının müsahibədə açıqladığı fikirlər də bunun sübutudur. Nəzərə alaq ki, Ermənistan 44 günlük müharibədən sonra öz öhdəliklərini yerinə yetirmir, Naxçıvana maneəsiz yolu, yəni Zəngəzur dəhlizini təmin etmək istəmirdi. Ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış Birgə Bəyannamə isə 5 il əvvəl Ermənistanın kapitulyasiya aktı kimi səciyyələndirilən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla götürülmüş həmin öhdəliyi yenidən aktuallaşdırdı, onu “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” və ya TRIPP məntiqi ilə möhkəmləndirdi. Yeri gəlmişkən, Prezident İlham Əliyev avqustun 11-dəki müsahibəsində Ermənistanın kapitulyasiyasını təsadüfən xatırlatmır, bunu reallıq olaraq göstərir. Ən əsası isə dövlətimizin başçısı Azərbaycanın qarşısına qoyduğu vəzifələri yerinə yetirəcəyinə dair əminlik yaradır: “Planlar böyükdür və bu planların icrası ilə bağlı məndə heç bir şübhə yoxdur. Çünki güclü iradə var, maliyyə resurslarımız da var, heç kimdən də asılı deyilik”.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Avqust 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri