Icma.az
close
up
RU
Yeni strateji üçbucaq: Qarabağ Şərqi Zəngəzur Naxçıvan

Yeni strateji üçbucaq: Qarabağ Şərqi Zəngəzur Naxçıvan

Icma.az bildirir, Lent az portalına istinadən.

Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Muxtar Respublikada tətbiq olunan yeni idarəetmə modelinin üstünlükləri ilə bağlı dediyi fikirlər böyük ictimai marağa səbəb olub. Əsas prinsipial məqam ondan ibarətdir ki, söhbət inzibati statusun dəyişdirilməsindən yox, həmin status daxilində idarəetmənin daha effektiv təşkilindən gedir. Başqa sözlə, muxtariyyət qorunur, lakin idarəetmənin məzmunu və mexanizmləri müasir tələblərə uyğunlaşdırılır. Bu yanaşmanın özü isə mühüm bir prinsip üzərində qurulur: status öz-özlüyündə inkişaf yaratmır, inkişafı yaradan effektiv idarəetmədir. Naxçıvan məsələsində irəli sürülən yeni yanaşmanın əsas mahiyyəti də muxtariyyətin hüquqi-siyasi çərçivəsi daxilində idarəetmənin səmərəliliyini artırmaqdır.

Prezidentin də dediyi kimi yeni idarəçilik modeli Naxçıvandan əvvəl Qarabağ və Şərqi Zəngəzurda uğurla sınaqdan çıxarılıb. Hazırda orada şəhərlər sıfırdan qurulur, infrastruktur yenilənir, sənaye və kənd təsərrüfatı zonaları yaradılır, əhalinin qayıdışı təşkil olunur. Belə genişmiqyaslı proseslər ənənəvi idarəetmə mexanizmlərinin imkanlarını da sınağa çəkir. Ona görə də Qarabağ və Şərqi Zəngəzurda xüsusi nümayəndəlik modelinin meydana çıxması təsadüfi deyildi. Burada əsas ehtiyac çoxsaylı qurumların fəaliyyətini vahid strategiya ətrafında birləşdirmək, qərarların qəbulunu sürətləndirmək və dövlət başçısının müəyyən etdiyi prioritetlərin yerlərdə daha operativ icrasını təmin etmək idi. Bu modelin uğurlu nəticələr verməsi onun başqa bir strateji əraziyə — Naxçıvana tətbiq edilməsini də məntiqli etdi. Təbii ki, Naxçıvanın vəziyyəti Qarabağ və Şərqi Zəngəzurla eyni deyil. Bərpa olunan ərazilərdən fərqli olaraq bu diyarda tarixi, siyasi və iqtisadi reallıqlar mövcuddur. Ancaq bir mühüm oxşarlıq var: hər üç ərazi Azərbaycanın gələcək geoiqtisadi və geosiyasi imkanları baxımından xüsusi əhəmiyyət daşıyır. Belə ki, Qarabağ Azərbaycanın mərkəzi hissəsində mühüm nəqliyyat və iqtisadi potensial yaradır. Şərqi Zəngəzur Azərbaycanın qərb istiqamətində yeni bağlantı imkanlarının əsas platformalarından birinə çevrilir. Naxçıvan isə Azərbaycanın əsas ərazisindən kənarda yerləşən, lakin ölkənin Türkiyə ilə birbaşa quru bağlantısı baxımından strateji əhəmiyyət daşıyan muxtar ərazisidir. Bu üç məkanın eyni idarəetmə fəlsəfəsi əsasında inkişaf etdirilməsi yalnız inzibati məsələ deyil. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra ölkənin iqtisadi məkanının yeni məntiq üzrə təşkil edilməsinə işarədir. Başqa sözlə, əvvəl əsas məqsəd ərazi bütövlüyünü təmin etmək idisə, indi qarşıda duran vəzifə həmin əraziləri vahid iqtisadi və sosial sistemə inteqrasiya etməkdir. Bu baxımdan yeni idarəetmə modelinin əsas məqsədi ərazilərin iqtisadi potensialını hərəkətə gətirəcək uğurlu idarəetmə mühiti formalaşdırmaqdır.

Bu gün regional geosiyasətdə baş verən dəyişikliklər Naxçıvanın əhəmiyyətini daha da artırır. Azərbaycan, Türkiyə və Mərkəzi Asiya arasında nəqliyyat və logistika əlaqələrinin genişlənməsi Naxçıvanı yeni iqtisadi xəritədə daha mühüm mövqeyə çıxarır. Çünki nəqliyyat dəhlizləri həm də logistika, ticarət, xidmət, turizm, istehsal və yeni investisiya imkanları gətirir. Deməli, əsas məsələ Naxçıvanı özünü inkişaf etdirə bilən iqtisadi məkana çevirməkdir. Bunun üçün isə idarəetmənin çevikliyi həlledici amildir və Prezident İlham Əliyevin “güclü iradə var, maliyyə resurslarımız da var, heç kimdən də asılı deyilik” ifadəsi də məhz bu məntiqə əsaslanır. Əslində bu yanaşma son illərdə Azərbaycanın regional siyasətinin əsas xüsusiyyətlərindən birini əks etdirir. İnfrastruktur layihələrinin, bərpa prosesinin və genişmiqyaslı dövlət proqramlarının xarici maliyyə mənbələrindən asılı olmadan həyata keçirilməsi dövlətə qərarvermə baxımından daha geniş imkan yaradır. Lakin burada bir incə məqam var: maliyyə resursunun olması layihənin uğurunu avtomatik təmin etmir, əsl məsələ həmin resursun necə idarə edilməsidir. Ona görə də Prezidentin maliyyə imkanları ilə idarəetmə islahatlarını eyni kontekstdə təqdim etməsi təsadüfi deyil. Əlbəttə pul imkan yaradır, idarəetmə isə həmin imkanı nəticəyə çevirir. Deməli, Naxçıvanın gələcəyi yalnız Bakının investisiyası ilə qurulmamalıdır. Naxçıvanın davamlı inkişafı yalnız dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına təmin olunmamalıdır. Dövlət ilkin və strateji investisiyaları həyata keçirə bilər. Lakin sonrakı mərhələdə özəl sektorun, yerli sahibkarlığın və xarici investorların iqtisadi sistemə daha fəal cəlb olunması xüsusi nümayəndəlik modelinin ən mühüm üstünlüklərindən biri olacaq.

Prezidentin “Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk” fikri Azərbaycanın gələcək inkişaf modelinə dair ən maraqlı mesajlardan biridir. Təbii ki, buradakı “birləşdirmək” ifadəsi özündə vahid inkişaf strategiyasını ehtiva edir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan arasında ortaq idarəetmə prinsiplərinin formalaşdırılması nəticə etibarilə Azərbaycanın qərb və cənub-qərb coğrafiyasında yeni inkişaf oxu yaradacaq. Bu ox gələcəkdə nəqliyyat, enerji, logistika, turizm, kənd təsərrüfatı və sənaye layihələri ilə daha da güclənəcək. Beləliklə, bu gün inzibati idarəetmə kimi görünən proses sabah iqtisadi inteqrasiyanın əsas mexanizmlərindən birinə çevrilə bilər. Digər tərəfdən Prezident İlham Əliyevin açıqlamasına yalnız Naxçıvan kontekstində yanaşmaq məsələnin miqyasını kiçiltmək olar. Bu açıqlamada Azərbaycanın dövlət idarəçiliyində yeni mərhələnin konturları görünür. Bir tərəfdə kadr islahatları, digər tərəfdə struktur islahatları. Bir tərəfdə regional inkişaf proqramları, digər tərəfdə xüsusi idarəetmə mexanizmləri. Bir tərəfdə Qarabağ və Şərqi Zəngəzur təcrübəsi, digər tərəfdə bu təcrübənin Naxçıvana tətbiqi. Bütün bunların mərkəzində isə o ideya dayanır ki, Azərbaycan regional idarəetməni sadəcə əraziləri idarə etmək vasitəsi kimi deyil, ərazilərin potensialını dövlətin ümumi inkişaf strategiyasına bağlayan mexanizm kimi qurur. Bu isə Azərbaycanın yeni inkişaf fəlsəfəsinin əsas xüsusiyyətidir.

Yunis Orucov

əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Avqust 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri