Icma.az
close
up
RU
Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid məkana çevrilir RƏY

Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid məkana çevrilir RƏY

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ümid körpüsündən Laçın Zirvəsinə uzanan strateji yol

1992-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü, birbaşa iştirakı və qardaş Türkiyənin yardımı ilə tikilən Ümid körpüsü mühasirədə olan Naxçıvanın hərbi-siyasi təhlükəsizliyində və iqtisadi xilasında nə qədər mühüm rol oynamışdısa, indi azad Laçında 3 dövlət rəhbərinin Zirvə görüşü də eyni uzaqgörən məqsədlərə xidmət edir.

“Azərbaycanın müstəqilliyi bu gün daha gerçəkdir”

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan haqları komitəsinin sədri Zahid Oruc bildirib. Zahid Oruc deyib ki, Azərbaycanın son 100 ilində dövlət müstəqilliyimiz heç vaxt indiki qədər gerçək xarakter daşımayıb:

İlham Əliyev bölgələrə Cümhuriyyətin ruhunu aparır

“O zaman Gəncədən Bakıya gətirilən Cümhuriyyətdən fərqli olaraq, indi İlham Əliyev qalib dövlətimizi paytaxtdan bölgələrə aparır. İlham Əliyev 28 may inqilabını edib bütün ərazisində üçrəngli bayrağı yaymaq imkanı olmayan 100 il əvvəlki rəhbərlərin arzularını çin edir, Qərbi Zəngəzuru ermənilərə bağışlayıb Naxçıvanı Azərbaycandan ayıran sovetlərin qərarlarını geri oxutdurur.

Yeni mərhələ: Azad torpaqlar siyasi və hərbi dayaqlara çevrilir

Nə Rəsulzadə, nə Nərimanov, nə də ondan sonrakı dövlət adamlarımız bir türk, yaxud dünya liderini Zəngilana, Şuşaya, Laçına gətirməyə nail ola bilmədilər. Prezident isə azad torpaqlara yeni siyasi status qazandırır, strateji hərbi yüksəkliyə, müdafiə istehkamına çevirir, bir daha işğala məruz qalmayacağının zəmanətini hazırlayır.

Geosiyasət və genişlənmə: Vahid məkanda milli güc

Prezident yanvarın 7-də dedi ki, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid məkana çevrilir. Geosiyasətin bir qanunu var — coğrafi böyümədən sonra mütləq siyasi və iqtisadi miqyasca genişlənməlisən. Biz imperiya qurmaq və başqa əraziləri ələ keçirmək xəstəliyinə tutulmamışıq. Lakin İqdırdan gələn qaz xəttinin açılışı da, Zəngilan, Laçın, Şuşa zirvələri də eyni mərama — Naxçıvanı Azərbaycanla birləşdirməyə, Zəfərimizin davamına xidmət edir”.

Laçın Zirvəsi İslam dünyasının həmrəyliyidir

Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, Müsəlman Şərqində ilk parlamentli respublikanın əsasını qoyan Azərbaycan bu uğurunun 107-ci ildönümünü məhz İslam dünyasının nəhəng gücləri Türkiyə və Pakistanla bayram etdi:

Qardaşlıq platforması: Laçında strateji infrastruktur

“Aktual regional hadisələrdə mövqelərini gücləndirmiş Türkiyə və Pakistan liderləri Müzəffər Ali Baş komandan İlham Əliyevlə Laçın Zirvəsində görüşdülər. Laçın bütövlükdə Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin strateji konsepsiyası əsasında və dövlətimizin maliyyə gücü ilə qurulur. Malik olduğu geostrateji mövqeyə görə Laçında yaradılan infrastruktur dual xarakterlidir, mülki olmaqla yanaşı, ölkəmizin müdafiə və təhlükəsizliyinin təmininə xidmət edir”.

Birgə dəyərlər və regional güc mərkəzi

Deputat qeyd edib ki, artan geosiyasi çağırışlar fonunda birgə dəyərlər və regional miqyasda birliklərin yaradılması aktuallaşır: “Azərbaycan-Türkiyə tandeminin sülhün və sabitliyin təminindəki gücü Pakistanın qoşulması ilə daha da artır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 May 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri