Icma.az
close
up
RU
Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid konsepsiya əsasında inkişaf edir

Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid konsepsiya əsasında inkişaf edir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi zamanı çox önəmli bir mesaj verdi. Qeyd etdi ki, həm Qarabağ, həm Şərqi Zəngəzur, eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir. Eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir.

Cənab İlham Əliyevin bu fikirlərində diqqət çəkən iki əsas məqam vardır: Birincisi sözügedən 3 iqtisadi rayonun vahid konsepsiya halında inkişaf etməsi, ikincisi isə həmin ərazilərin iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi nəzərindən vahid böyük məkana çevrilməsidir.

Üç iqtisadi rayonun vahid konsepsiya halında inkişaf etməsi ilə əlaqədar bərpa-quruculuq işləri gedir, Dövlət Proqramları, xüsusi layihələr icra olunur. Bu iqtisadi rayonların vahid konsepsiya ilə inkişafı dedikdə, bunların qarşılıqlı əlaqədə inkişafı nəzərdə tutulur. Zəngəzur dəhlizi açıldıqdan sonra bu regionlar həm ölkə iqtisadiyyatı üçün, həm region, həm də türk dünyası üçün əhəmiyyətli rol oynayacaqdır. 

Qeyd edək ki, bu regionların xüsusi iqtisadi, sosial və siyasi əhəmiyyətini nəzərə alan ölkə başıçısı sözügedən regionlarda xüsusi idarəetmə növü – Səlahiyyətli və Xüsusi Nümayəndəlik institutları yaradıb. Daha çevik və şəfaf idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə səlahiyyətli və xüsusi nümayəndələrin təyin olunması regionlarda Dövlət Proqramları, xüsusi iqtisadi və sosial yönümlü layihələrin uğurla icra olunmasına səbəb olub. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi və Qarabağ, Şərqi Zəngəzura aid rayonlarında fəaliyyət göstərən xüsusi nümayəndələr ölkə başçısının həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasını həmin regionlarda tətbiq edir. 

Bunu da nəzərə alaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamla təsdiq etdiyi “2023-2027-ci illər üçün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” muxtar respublikanın hərtərəfli inkişafını hədəfləyir. Bu proqram infrastruktur, sənaye, kənd təsərrüfatı, turizm və sosial sahələrdə mühüm addımlar atılması üçün konkret addımların cəmidir. Eyni zamanda bu Dövlət Proqramı ölkə tarixində əhatəsinə, nəzərdə tutulan büdcəsinə görə ən böyük dövlət proqramlarından biridir. Proqramın icrası nəzərdə tutulan böyük perspektivdən xəbər verir. Azərbaycan Prezidenti yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə hər üç regionun vahid konsepsiya əsasında inkişaf edəcəyinin anonsunu verməklə gələcəkdə bu iqtisadi rayonların böyük perspektivlərinin olacağını diqqət çatdırdı. Yeri gəlmişkən, dövlət başçısı 2024-cü ilin son ayında muxtar respublikanın iqtisadi inkişafına ciddi tövhə verəcək iki mühüm qərar qəbul etdi. Bunlardan biri Naxçıvan Muxtar Respublikasında yeni Sənaye Parkının yaradılması, digəri isə Naxçıvanda yeni İstilik Elektrik Stansiyasının tikintisidir.  Yeni yaradılacaq sənaye parkı bölgənin sənaye potensialının artırılmasını, yeni iş yerlərinin açılmasını təmin etmək məqsədi daşıyır. Bu, həmçinin yerli istehsalın artırılmasına və xarici investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Eyni zamanda kiçik və orta biznesin inkişafına tövhə verəcək,   bölgə iqtisadiyyatının şaxələndirilməsini təmin edəcəkdir. O cümlədən burada istehsal olunacaq məhsulların İran və Türkiyə üzərindən beynəlxalq bazarlara çıxışı təmin edilməklə, Zəngəzur dəhlizinin açılması ilə  daha ciddi imkanlar əldə edəcəkdir. 

Muxtar respublikada icra olunacaq və bölgənin ən irihəcmli layihələrindən hesab edilən yeni İstilik Elektrik Stansiyasının isə iki əsas faydası gözlənilir. Birincisi, muxtar respublikanın enerji dayanıqlığı tam təmin olunacaq, bütün hallarda enerji təminatının tam müstəqilliyi bərpa olunacaqdır. İkinci əsas məsələ isə ondan ibarətdir ki, stansiya muxtar respublikada alternativ və bərpaolunan enerji potensialının istifadə olunması üçün balans rolunu oynayacaq. Bu, muxtar respunlikanın enerji ixracını təmin etmək üçün birbaşa dəstəkdir. İxrac olunması nəzərdə tutulan enerjini çaylarda suların az olduğu, günəşli saatların olmadığı dövrdə enerjini təmin etməkdə əvəzolunmaz rol oynayacaqdır.

Vurğulamaq lazımdır ki, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzuru birləşdirən ən ortaq cəhət hər üç iqtisadi rayonun “yaşıl enerji” zonası olmasıdır. Şərqi Zəngəzurda Cəbrayıl enerji qovşağının yaradılması elektrik enerjisinin Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsinə imkan verəcəkdir. Naxçıvan "yaşıl enerji"nin istehsalı və istehlakı ilə bərabər ixracının da həm mənbəyi, həm də marşrutuna çevriləcək. Artıq muxtar respublikada mövcud olan  enerji potensialının reallaşdırılması yönündə işlərə başlanılmışdır. Muxtar respublikanın enerji sisteminin ölkənin əsas enerji sisteminə inteqrasiyası yönündə atılan addımlar enerji təminatının dayanıqlığının qorunması və ixrac hədəflərinin gerçəkləşdirilməsinin ilkin addımlarıdır. Günəş potensialı ilə fərqlənən  hər 3 regionun enerji potensilanın istifadəsi  ciddi gəlirlər gətirəcək və  ölkəmizin neft-qaz ölkəsi ilə yanaşı, enerji ixracında da payını artıracaqdır.

Bu gün Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə muxtar respublikada iqtisadi və sosial islahatlar həyata keçirilir. Muxtar respublikada yenidənqurma, təkmilləşdirmə və iri layihələrin icrası davam edir.  Təsadüfi deyil ki, muxtar Respublikada Səlahiyyətli Nümayəndəlik institutu fəaliyyətə başlayan dövrün əvvəli ilə 2024-cü il arasında büdcə daxilolmalarında 72.6 faiz, yəni 97 milyon manat artım müşahidə olunmuşdur. Bu da onu göstərir ki, Naxçıvan ölkə üçün əhəmiyyətli hədəfə doğru gedir. Mərkəzi büdcədən asılılığın azaldılması istiqamətində işlər aparılır. Bununla bərabər, sosial və ictimai sahələrdə də qarşıya qoyulmuş vəzifələr icra olunur, yeni layihələr hazırlanır. Cənab İlham Əliyevin də dediyi kimi, bu il Naxçıvan  və Ordubad şəhərlərinin Baş Planlarının hazırlanmasına başlanılır. Nəzərdə tutulur ki, ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin də Baş planlarının hazırlanması həyata keçiriləcəkdir.

Bəli, görülən işlər bir daha onu göstərir ki, dövlət başçısı tərəfindən həyata keçirilən tədbirlər uğurla icra olunur, verilən vədlər nəticəsiz qalmır. Bu işlərin də nəticəsində Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan vahid konsepsiyası ilə inkişaf edir. Bütün bunlar gələcək perspektivlərin və uğurların daha böyük olacağından xəbər verir.

Tural MURTUZƏLİYEV, 

iqtisad üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikası Dövlət 

Energetika Xidməti rəisinin müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri