Icma.az
close
up
RU
Naxçıvana 17 ci səfərin 18 ci nəticəsi

Naxçıvana 17 ci səfərin 18 ci nəticəsi

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlətimizin başçısı cənab İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına Prezident kimi 17-ci dəfə səfər etməsi və bu səfərin Zəngəzur dəhlizi ilə bağlı məsələnin Amerika Birləşmiş Ştatlarında Vaşinqton Zirvə Görüşündə həllini tapdığı ildönümünü günlərinə təsadüf etməsi dövlət başçısının muxtar respublikaya gələcək 18-ci səfərinin nəticələrini indidən ortaya qoyur. Naxçıvanda dövlət rəhbərinin Azərbaycan televiziyasına verdiyi müsahibədə Zəngəzur dəhlizi ilə bağlı söylədiyi “TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq - avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək” fikri dövlətimizin başçısının Naxçıvana Prezident kimi 18-ci səfərini Zəngəzur dəhlizi vasitəsilə edəcəyini şərtləndirir. Həm də necə ki, Oarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərinə ilk səfərlərində dövlət başçısını sükan arxasında şəxsən idarəetmədə gördük və bu, rəmzi məna daşıyırıdı, Naxçıvana növbəti səfərində də Zəngəzur dəhlizində Prezidentimiz sükan arxasında uzun illərin bu məsələ ilə bağlı qaranlıq məqamlarını torpağa gömüb üstündən keçərək Naxçıvanı Azərbayan ərazilərinə birləşdirəcək.

2020-ci ildə əldə etdiyimiz tarixi qələbədən sonra dövlət başçısının dediyi kimi, İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar üçtərəfli bəyanat imzalanmışdır - Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında olan, - müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, – Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu, sadəcə olaraq, reallıqdır. Biz tarixi həm olduğu kimi bilməliyik, həm unutmamalıyıq və tarixin təhrifinə, o cəhdlərə heç vaxt imkan verməməliyik. O vaxt - noyabrın 9-da Şuşa işğaldan azad olunandan sonra Rusiya Prezidentinin vasitəsilə üçtərəfli danışıqlar gedirdi. Mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz mütləq öz əksini tapmalıdır. Ermənistan tərəfi buna razılıq vermək istəmirdi. Ancaq onun o qədər də böyük alternativləri də yox idi. Müharibə davam etdirilsəydi, əlbəttə, biz də itkilər verəcəkdik, amma Ermənistan daha çox itki verəcəkdi. Çünki onların qoşunları demək olar ki, mühasirədə idi və onları məhv etmək faktiki olaraq tam mümkün idi. Ona görə bunu istəməsələr belə Ermənistan buna razılıq verdi və o bəyanat hamıya bəllidir, orada xüsusi bir bənd var.

Ancaq İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addım atılmamışdır. Dəfələrlə biz bu məsələni həm Rusiyaya, həm Ermənistana çatdırırdıq ki, vaxt gedir, bu bəyanat, onun vacib hissəsi icra edilmir və bu, dözülməz haldır. Müxtəlif vaxtlarda müxtəlif cavablar alırdıq, bu barədə çox danışmaq istəmirəm. Fakt odur ki, Ermənistan bunu hər cür uzatmağa çalışırdı. Rusiya tərəfi isə ya bunu təmin edə bilmirdi, ya da ki, hansısa başqa səbəblər var idi. Yəni fakt o idi ki, keçən ilin avqust ayına qədər məsələ dondurulmuş vəziyyətdə idi.

Zəngəzur dəhlizinin yaradılması, bəli, dövlətimizin başçısının təşəbbüsü olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək Prezidentlik fəaliyyəti dövründə hər zaman dövlət başçısının ümdə arzusu, uğrunda cidd-cəhdlə çalışdığı məsələ olub. Bunu Onun bütün mötəbər kürsülərdəki çıxışlarında, xalqa müraciətlərində, bayramlarda xalqa təbrik çıxışlarında uzun illər boyu dinləmişik. Ağır müharibənin bitdiyi saatlar ərzində dövlət başçısının böyük təkidlə üçtərəfli danışıqlar masasında Naxçıvana yolun açılmasını tələb etməsi qarşıdakı illərdə artıq bütün gücün bu məsələyə yönəldiləcəyini da elə həmin gün mesaj verirdi.

Naxçıvanın blokadası Qarabağın işğalı ilə yaşıd idi. Bunun 1988-ci ildən başlayaraq Ermənistanın sərhədyanı rayonlarımızı vaxtaşırı atəşə tutduğu, torpaq iddiasında olduğu illərdə canlı şahidi olmuşuq. Qarabağın işğalı ilə Naxçıvanın blokadası paralel şəkildə aparılırdı. Vaxtaşırı Bakı-Naxçıvan qatarlarının qarşısı kəsilir, maşinistlər döyülür, qatar daşa tutulurdu. Həmin illərdə Mehridə qatarda bir gün yarım ermənilər tərəfindən saxlanılan biri kimi blokadanın başlandığı günlərin, sonra daha ağırlaşmasının həm də şahidiyəm. Odur ki, naxçıvanlıların, hətta 1990-1993-cü illərdə Naxçıvanda yaşayan, muxtar respublikaya rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevin o ağır günlərdə naxçıvanlılarla birlikdə necə çətinliklərlə üz-üzə qaldığının, lakin məhz Onun gücü, nüfuzu sayəsində Naxçıvanın çökməməsinin, təslim olmamasının da şahidiyəm.

Naxçıvan blokadasının araşdırmaçısı olaraq insanların artıq bir qərinədən artıq dövrdə hansı çətinliklərlə qarılaşdığının hər anına şahid olmuşam. Bu illər ərzində dövlət rəhbərinin Naxçıvanın inkişafı üçün, blokadanın ağırlığını yaşamaması üçün dövlət proqramlarının, infrastruktur layihələrinin tətbiqi və uğurlu nəticələri ilə muxtar respublikanı düşdüyü vəziyyətdən çıxardığının şahidi olmuşuq. Dövlətimiz ötən 30 ildən artıq dövrdə Naxçıvanın blokadanın ağırlığını hiss etməməsi üçün çoxsaylı böyükhəcmli tədbirlər həyata keçirib. Naxçıvanda elekrtik enerjisi, təbii qaz məsələsi illər öncədən həllini tapıb. Abadlıq, quruculuq işləri ən ucqar kəndləri belə əhatə edib. İş yerləri açılıb, kənd təsərrüfatının inkişafı, sahibkarlıq fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan təhsili ötən illərin hər birində uğuru ilə ölkədə özünəməxsus yer qazanıb. Bir sözlə, dövlət Naxçıvan əhalisini blokadasının yaratdığı qayğılardan hər zaman azad etməyə çalışıb.

Dövlət başçısının avqustun 11-də Naxçıvana növbəti səfəri zamanı çoxsaylı obyektlərin açılış və təməlqoyma mərasimində iştirak etməsi, avqustun 12-də isə ölkəmizin iqtisadi, siyasi və mədəni həyatında xüsusi yeri olan, inkişafında mühüm əhəmiyyətə malik olan Naxçıvan Muxtar Respublikasında 2026–2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalaması, sərəncama əsasən bir sıra tədbirlərin həyata keçirilməsi üçün muxtar respublikaya Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258,0 (iki yüz əlli səkkiz) milyon manat ayrılmasının nəzərdə tutulması Naxçıvanın yaxın gələcəyinin sürətli inkişafından, Zəngəzur dəhlizinin açılması ilə bölgənin yeni dövrə qədəm qoyacağından xəbər verir.

Bütün bunlar eyni zamanda dövlət başçısının Naxçıvana Prezident kimi səfərinin 18-cisinin nəticələrini bu gündən özündə ehtiva edir. Prezident İlham Əliyevin Naxçıvana 18-ci səfəri zamanı nələri görəcəyik, artıq bu, gün kimi aydındır. Elə bu aydınlıqla da dövlətimizin başçısının Zəngəzur dəhlizi vasitəsilə rəmzi məna olaraq sükan arxasında Naxçıvana doğru 18-ci səfərinin reallaşması arzusu ilə...

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Avqust 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri