Icma.az
close
up
RU
Naxçıvana Gürcüstandan 1000 ə yaxın arxiv sənədi gətirilib

Naxçıvana Gürcüstandan 1000 ə yaxın arxiv sənədi gətirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 25 iyun, AZƏRTAC

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iclasda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə gündəlikdəki məsələləri diqqətə çatdırıb.

İsmayıl Hacıyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında 19 mart 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr barədə məlumat verib.

Bölmənin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində cari ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətə dair yarımillik hesabatın hazırlıq vəziyyəti barədə Rəyasət Heyətini məlumatlandırıb.

AMEA Naxçıvan Bölməsi tərəfindən Naxçıvanla bağlı arxiv materiallarının aşkar olunaraq, həmin sənədlərin əlçatanlığını təmin etmək məqsədilə son illər ərzində Türkiyə, Rusiya və Gürcüstan arxivlərinə elmi ezamiyyələrin təşkil olunduğunu diqqətə çatdıran akademik İsmayıl Hacıyev bildirib ki, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev cari ilin 10 may-7 iyun tarixlərində Gürcüstanda elmi ezamiyyədə olub.

Tarix üzrə fəlsəfə doktoru Musa Quliyev iclasda həmin elmi ezamiyyənin nəticələri ilə bağlı məlumat verib. Təcrübəli alim ezamiyyə dövründə Gürcüstan Dövlət Arxivində, K.Kekelidze adına Gürcüstan Milli Əlyazmalar Mərkəzində, Gürcüstanın Simon Canaşia Muzeyində, habelə tanınmış gürcü şairi Nikoloz Barataşvilinin ev-muzeyində apardığı axtarışlardan bəhs edib.

Gürcüstan Dövlət Arxivinin fondlarında saxlanılan arxiv sənədlərinin toplanılmasına XIX əsrin əvvəlindən başlandığını qeyd edən alim Dövlət Arxivindən və Gürcüstan Milli Əlyazmalar Mərkəzindən əldə etdiyi materiallar barədə müfəssəl məlumat verib.

Musa Quliyev bildirib ki, ezamiyyə nəticəsində Naxçıvan tarixi, etnoqrafiyası, mədəniyyəti ilə bağlı 1000-ə yaxın sənəd və əlyazma ölkəyə gətirilib. Sənədlər sırasında Bəhram Naxçıvanskinin Qafqaz Canişinliyində işləməsi haqqında sənədləri, İ.Şopenin 70 səhifəlik kameral siyahısı (Naxçıvan haqqında), Hüseyn xan Naxçıvanskinin Qafqaz Canişinliyinin dəftərxana rəisinə yazdığı məktub, Ehsan xan naib təyin olunması ilə bağlı 44 səhifəlik xidmət kitabçası, İ.Paskeviçin Naxçıvan haqqında yazdığı məktublar, Məhəmməd ağa Şaxtaxtınski, general mayor Kalbalı xan Naxçıvanski, eləcə də əldə olunmuş başqa sənədlər Naxçıvan tarixi üçün mühüm əhəmiyyət kəsb edir. Əldə olunan materiallar arasında tarixçi Cəmil Quzanlının farsca əsərinin rus qafqazşünası K.N.Smirnovun rus dilinə tərcümə variantı da var.

Nikoloz Barataşvilinin ev-muzeyində apardığı axtarışlardan danışan alim qeyd edib ki, Barataşvili 1844-cü ildə Naxçıvanda işləyərkən şairə Qönçəbəyimlə tanış olub. 1845-ci ildə yanvarın 10-da ona “Qönçəbəyim” adlı şeiri ithaf edib. Tədqiqatçı həmin şeiri Tiflisdən tapıb gətirib.

Alim gələcəkdə Gürcüstan arxivlərində araşdırma aparmaq istəyən tədqiqatçılarla təcrübələrini bölüşüb və bəzi tövsiyələr verib. Gündəlikdəki digər elmi-təşkilati məsələlərin müzakirəsindən sonra akademik İsmayıl Hacıyev iclasa yekun vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri