Naxçıvana Zəngəzurdan keçib getmişəm, orda rus əsgərləri dayanır Elmar Məmmədyarov
Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.
"Mən Zəngəzurdan keçən yoldan Naxçıvana tez-tez gedib-gəlirdim. Oradan keçən dəmir yolu Araz çayının qırağından keçir".
Sfera.az xəbər verir ki, bu sözləri keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistanın bu hissəsi relyef olaraq da mürəkkəb bir ərazidir:
"Ermənistanın sərhədi də əraziyə çox yaxındır. Burada, yəni Ermənistan sərhədində isə rus əsgərləri dayanır. Bizim üçün də maraqlıdır ki, əgər dəhliz Amerikanın özəl şirkətinin nəzarətində açılacaqsa, onların burada rus əsgərləri ilə təmasları necə olacaq? İndi Ermənistanın Baş nazir Nikol Paşinyan da deyir ki, orada Ermənistan sərhədçiləri dayanacaq. Digər tərəfdən isə İran faktoru var. Ona görə də bu mövzu daha çox real təhlükədən xəbər verir. Amerika şirkətinin dəhlizi necə qoruyacağı ilə bağlı hələlik konkret bir fikir yoxdur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 05 Avqust 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















