Naxçıvanda 5 hektar ərazidə 16 yaşayış binası inşa ediləcək
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Naxçıvan şəhərində 5 hektar ərazidə 16 yaşayış binasının inşası planlaşdırılır.
Newscenter.az-ın xəbərinə görə, bu barədə "Report"un yerli bürosuna Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat verilib.
Bildirilib ki, Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının, o cümlədən güzəştli mənzillərin tikintisi üçün 5 hektara yaxın torpaq sahəsi ayrılıb.
Layihəyə əsasən, yaşayış kompleksində 6 və 7 mərtəbəli 16 bina inşa ediləcək. Kompleksdə 93 birotaqlı, 37 ikiotaqlı, 351 üçotaqlı və 37 dördotaqlı olmaqla, ümumilikdə 518 mənzilin yaradılması nəzərdə tutulur.
Yaşayış kompleksində sakinlərin rahatlığının təmin edilməsi məqsədilə zəruri sosial və kommunal infrastruktur yaradılacaq. Ərazidə uşaq bağçasının və digər iaşə obyektlərinin tikintisi planlaşdırılır.
Kompleksin elektrik enerjisi, qaz, içməli su və çirkab suların axıdılması sistemləri ilə təmin edilməsi nəzərdə tutulur. Həmçinin ərazidə avtomobil yolları və səkilər salınacaq, abadlıq və yaşıllaşdırma işləri aparılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub.
Bu mövzuda digər xəbərlər:Naxçıvanda 1128 hektar ərazidə yazlıq əkinlər aparılıb
14 Mart 2026 10:56
Naxçıvanda açıq ərazidə yanğın olub VİDEO
03 Aprel 2025 10:09
Bakıda yeni stadion inşa ediləcək Bu ərazidə
12 Mart 2025 12:04
Naxçıvanda Günnüt kəndində dağlıq ərazidə otluq sahədə yanğın olub
03 Avqust 2025 14:21
Şuşada dördüncü yaşayış kompleksində 16 bina inşa ediləcək
11 May 2025 17:07
Baxış sayı:74
Bu xəbər 12 Avqust 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















