Icma.az
close
up
RU
Naxçıvanda bir ayda 35 nəfər saxlanılıb

Naxçıvanda bir ayda 35 nəfər saxlanılıb

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan Muxtar Respublikasında ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığın qarşısının alınması və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində polis əməkdaşları tərəfindən son bir ay ərzində kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilib.

"Unikal" xəbər verir ki, görülən tədbirlər nəticəsində müxtəlif hüquqazidd əməllər törətməkdə şübhəli bilinən ümumilikdə 35 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Onlardan 19 nəfər ticarət obyektləri, mənzillər və digər ərazilərdən pul, qızıl-zinət əşyaları, əlvan metallar, tikinti materialları, məişət əşyaları, spirtli içkilər və tütün məmulatları oğurlamaqda şübhəli bilinir.

Həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, vətəndaşların etibarından sui-istifadə edərək işə düzəltmək adı ilə pul vəsaitlərini mənimsəyən, eləcə də qanunsuz ovla məşğul olan 6 nəfər barəsində müvafiq tədbirlər görülərək məsuliyyətə cəlb olunub.

Əməliyyat tədbirləri zamanı qanunsuz saxlanılan 29 ədəd odlu silah, 6 qaz tapançası, 10 avtomat darağı, 961 ədəd patron, 1 ədəd əl qumbarası və 4 ədəd süngü bıçağı aşkar edilərək götürülüb.
“102” Xidməti-Zəng Mərkəzinə daxil olan 2000-dən artıq müraciət operativ şəkildə cavablandırılıb, məlumatlar üzrə polis naryadlarının hadisə yerlərinə vaxtında yönləndirilməsi təmin edilib.
Bununla yanaşı, mülki-hüquqi öhdəliklərin icrasından yayınan və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 242 nəfər saxlanılıb.

Vətəndaşların qəbulu zamanı müraciət edən 205 nəfərin müraciətləri qanunvericiliyin tələblərinə uyğun araşdırılıb, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir, saxlanılan şəxslər barəsində məhkəmələrin qərarları ilə müvafiq qətimkan tədbirləri seçilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Fevral 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see431

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see277

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see270

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see266

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see263

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see250

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see249

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see245

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see243

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see241

Bankın bağlanması əmanətin itirilməsi deməkdirmi? İQTİSADÇI DANIŞDI

21 Sentyabr 2026 13:01see240

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see239

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see232

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see229

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see227

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see225

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see224

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see219

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see214

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri