Naxçıvanda bu şəxslərə yüksək vəzifə verildi
Icma.az bildirir, Axar.az portalına istinadən.
Təhsil Nazirliyinə və rayon Təhsil Şöbələrinə yeni şöbə və sektor müdirləri təyin olunub.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində vakant vəzifələrin tutulması üçün keçirilən daxili müsahibədə uğur qazanan namizədlər Təhsil Nazirliyinə və rayon Təhsil Şöbələrinə yeni vəzifələrə təyin olunublar.
Belə ki, Elşən Tofiq oğlu Qəbulov Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumitəhsilin idarə edilməsi şöbəsinə şöbə müdiri, Gültəkin Əli qızı Rüstəmli həmin şöbəyə sektor müdiri, Sahil Əkbər oğlu Əlizadə Babək rayon Təhsil Şöbəsinə, Murad Rövşən oğlu Hümbətov Culfa rayon Təhsil Şöbəsinə, Ayaz İdris oğlu Əliyev isə Kəngərli rayon Təhsil Şöbəsinə müdir təyin olunublar.
Qeyd edək ki, Elşən Qəbulov bundan əvvəl Kəngərli rayon Təhsil Şöbəsinin müdiri, Gültəkin Rüstəmli Təhsil Naziriliyi Aparatının Məktəbəqədər və ümumitəhsil sektorunda aparıcı məsləhətçi, Sahil Əlizadə Nazirlik Aparatının Uşaq və gənclərin inkişafı sektorunun baş məsləhətçisi, Ayaz Əliyev həmin sektorda aparıcı məsləhətçi, Murad Hümbətov isə Culfa rayon Təhsil Şöbəsində baş məsləhətçi vəzifələrində çalışıblar.
Baxış sayı:121
Bu xəbər 03 Dekabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















