Icma.az
close
up
RU
Naxçıvanda “Büdcə Məlumat İdarəetmə Sistemi”nin tətbiqi ilə bağlı təlim keçirilir

Naxçıvanda “Büdcə Məlumat İdarəetmə Sistemi”nin tətbiqi ilə bağlı təlim keçirilir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində “Büdcə Məlumat İdarəetmə Sistemi”nin tətbiqinə dair təlimlərə başlanılıb. Təlim muxtar respublikada fəaliyyət göstərən büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işçilərinin sistemi öyrənməsi məqsədilə təşkil olunub.

Təlimdən əvvəl maliyyə nazirinin müavini Elvin Əlimərdanov çıxış edərək müasir texnologiyaların büdcə planlaşdırılması və icrasına müsbət təsirini vurğulayıb. O, sistemin tətbiqinin şəffaflığı, operativliyi və səmərəliliyi daha artırmağa imkan verdiyini qeyd edib. Həmçinin nazir müavini belə təlimlərin gələcəkdə də davam etdiriləcəyini və büdcənin idarəedilməsinə töhfə verəcəyini bildirib.

Təlimdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələri öz sahələrinə uyğun mövzular üzrə bilik və təcrübələrini iştirakçılarla bölüşüblər. Belə ki, dövlət büdcəsinin hazırlanması və icrasının təmin edilməsi, yeni sistemin bu proseslərdə tətbiqi, yerli büdcələrin planlaşdırılması və xərclərin icmallaşdırılması zamanı elektron sistemin istifadəsinin üstünlükləri, mühasibat uçotunda beynəlxalq standartların tətbiqi və yeni sistemin hesabatlıqda şəffaflığı artırması, elektron idarəetmə və rəqəmsal həllərin büdcə proseslərinə inteqrasiyası üzrə mövzular iştirakçılara çatdırılıb.
Sonra SİNAM şirkətinin nümayəndələri “Büdcə Məlumat İdarəetmə Sistemi”nin istifadə qaydalarını praktiki nümunələrlə izah ediblər.

Təlimin sonunda iştirakçılar, elektronlaşdırılmış vahid sistemin funksionallığı və istifadəsi barədə ətraflı məlumat alıblar. Praktiki məşğələlər vasitəsilə sistemin büdcənin planlaşdırılması və icrası zamanı necə tətbiq olunduğu göstərilib. İştirakçılar bu yeni sistemin büdcə məlumatlarının idarə olunmasında şəffaflıq və operativliyi artırmağa, vəsaitlərin daha səmərəli idarə edilməsinə imkan verəcəyinə dair biliklərini dərinləşdiriblər.

Qeyd edək ki, təlim iki gün davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see304

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see277

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see248

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see196

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see184

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see166

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see165

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see128

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see128

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri