Icma.az
close
up
RU
Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsi və icarəsi sahəsində görülən işlər açıqlanıb

Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsi və icarəsi sahəsində görülən işlər açıqlanıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 17 oktyabr, AZƏRTAC

Cari ilin yanvar–sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi, əmlak münasibətlərinin optimallaşdırılması və büdcə gəlirlərinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bu çərçivədə idarəetmə sistemində struktur islahatları aparılıb dövlət əmlakının özəlləşdirilməsi və icarəsi sahəsində şəffaflıq və səmərəlilik yüksəldilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, idarəetmənin təkmilləşdirilməsi istiqamətində 2025-ci ilin müvafiq dövründə iki dövlət qurumunun fəaliyyəti dayandırılıb, 70 dövlət əmlakı özəlləşdirilib.

Dövlət əmlakının özəlləşdirilməsindən ümumilikdə 1 milyon 92 min 140 manat vəsait toplanıb ki, bu məbləğin 819 min 105 manatı muxtar respublika büdcəsinə, 273 min 35 manatı isə xüsusi vəsait hesabına yönəldilib. 2025-ci ildə özəlləşdirmədən daxilolmalarda 43,2 faiz azalma qeydə alınıb.

Dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2024-cü ilin 9 ayı ilə müqayisədə 2025-ci ilin müvafiq dövründə icarə gəlirləri 204 min 561 manat və ya 70,6 faiz artaraq 494 min 221 manata çatıb. 2025-ci ilin 9 ayı ərzində qüvvədə olan icarə müqavilələrinin sayı 572 olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 müqavilə və ya 3,6 faiz çoxdur. İcarə müqavilələrindən 159-u torpaq, 413-ü isə qeyri-yaşayış sahələrinin icarəsinə aiddir. Torpaq icarəsi müqavilələrinin sayında 36 ədəd və ya 29,3 faiz artım, qeyri-yaşayış icarəsində isə 16 ədəd və ya 3,7 faiz azalma baş verib. Dövr ərzində 176 yeni icarə müqaviləsi bağlanılıb, 132 müqavilənin müddəti uzadılıb, 65 müqaviləyə isə xitam verilib.

2025-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada torpaq idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı, kadastr, yerquruluşu və rəqəmsal inkişaf sahələrində də ardıcıl tədbirlər həyata keçirilib, il ərzində torpaq kateqoriyasının dəyişdirilməsi və uçot işlərinin təkmilləşdirilməsi məqsədilə sistemli fəaliyyət həyata keçirilib.

Cari ilin yanvar-sentyabr ayları ərzində bələdiyyə ərazisində yerləşən torpaq sahələrinin ayrılması ilə bağlı 61 müraciət əsasında 196,4 hektar torpaq sahəsinə dair rəy hazırlanıb, 475 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.

İnnovasiyalar və rəqəmsal inkişaf sahəsində işlər davam etdirilib, hüquqi və fiziki şəxslər tərəfindən 1 322, notariat ofislərindən isə 4 min 93 elektron müraciət daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 590 müraciət və ya 12,2 faiz çoxdur.

Daşınmaz əmlakın dövlət qeydiyyatı, inventarlaşdırılması və ünvan reyestrinin aparılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib. 2025-ci ilin doqquz ayında 7 min 733 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Qeydiyyata alınmış əmlaklar üzrə torpaq sahələrinin sayı 3 min 387, fərdi yaşayış və bağ evlərinin sayı 2 936, qeyri-yaşayış binalarının sayı 156, qeyri-yaşayış sahələrinin sayı 162, mənzillərin sayı isə 1 064, əmlak kompleksi kimi müəssisələrin sayı isə 28 olub.

Hesabat dövründə daşınmaz əmlakın qeydiyyatı və kadastr xidmətlərindən 1 milyon 788 min 528 manat xidmət haqqı və 805 min 976 manat dövlət rüsumu daxil olub. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xidmət haqları üzrə 118 min 646 manat və ya 7,1 faiz artım qeydə alınıb.

Hesabat dövründə 359 yerquruluşu planı hazırlanıb, 297 torpaq sahəsində ölçmə işləri aparılıb, 13 xəritə və plan tərtib edilib Hesabat dövründə 53 hərrac keçirilib, 19 min 117 manat xidmət haqqı daxil olub.

Ümumilikdə 2025-ci ilin yanvar-sentyabr aylarında torpaq idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı, yerquruluşu və rəqəmsal xidmətlər sahəsində, habelə dövlət əmlakının balans mənsubiyyətində yenilənmələr aparılıb, ləğv edilmiş və ya yenidən təşkil olunmuş qurumların balansında olan əmlakların digər dövlət orqanlarına təhvil verilməsi təmin edilib. Həyata keçirilən tədbirlər nəticəsində dövlət əmlakının idarəedilməsində şəffaflıq və hesabatlılıq artırılıb, vətəndaş müraciətlərinin elektron qaydada baxılması təmin olunub, xidmətlərin keyfiyyəti və əlçatanlığı yüksəldilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri