Naxçıvanda Dövlət Proqramı çərçivəsində uzunluğu 18 kilometrdən çox olan avtomobil yolları əsaslı təmir edilir
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində cari ildə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir neçə yerli əhəmiyyətli avtomobil yolunda əsaslı təmir işləri həyata keçirilib. Belə ki, Naxçıvan şəhərinin Əliabad qəsəbədaxili, Şərur rayonunun Təzəkənd, Kəngərli rayonunun Xok və Şahtaxtı Gömrük avtomobil yollarında işlər yekunlaşdırılıb.
Təmir zamanı yol əsası yenidən tikilib, yağış və arx sularının kənarlaşdırılması üçün yol kənarlarına beton kanal çəkilib, su keçidləri inşa edilib. Avtomobillərin rahat hərəkəti üçün asfalt örtüyü salınıb.
Hazırda uzunluğu 6,8 kilometr olan Ordubad rayon Aza - Darkənd, uzunluğu 5,2 kilometr olan Şərur şəhərdaxili və uzunluğu 6,2 kilometr olan Babək rayon Nəhəcir-Göynük kənddaxili avtomobil yollarında işlər davam etdirilir.
Tender mərhələsində olan yollar da vardır ki, həmin proses yekunlaşdıqdan sonra Naxçıvan şəhərinin bir neçə küçəsində və muxtar respublikanın digər rayon və kənd yollarında da təmir işləri aparılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 21 İyun 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















