Icma.az
close
up
RU
Naxçıvanda fəaliyyət göstərən bir sıra dövlət orqanlarının mətbuat xidmətlərinin nümayəndələri üçün təlim keçirilib

Naxçıvanda fəaliyyət göstərən bir sıra dövlət orqanlarının mətbuat xidmətlərinin nümayəndələri üçün təlim keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Medianın İnkişafı Agentliyi və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bir sıra dövlət orqanlarının (qurumlarının) mətbuat xidmətlərinin nümayəndələri üçün təlim keçilib.

Bu barədə AZƏRTAC-a Medianın İnkişafı Agentliyindən bildirilib.

Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova vurğulayıb ki, informasiya və kommunikasiya mühitinin dinamik şəkildə transformasiya olunduğu müasir dövrdə dövlət qurumlarının mətbuat xidmətləri ictimaiyyətin operativ və etibarlı məlumatlandırılmasının təmin edilməsində strateji əhəmiyyət kəsb edən institusional funksiyanı yerinə yetirir. O qeyd edib ki, bu kimi peşəkar təlimlərin təşkili ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər və media nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın dərinləşməsinə, kommunikasiya proseslərinin səmərəliliyinin artırılmasına və informasiya mübadiləsinin dayanıqlı əsaslar üzərində formalaşmasına mühüm töhfə verir.

Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədri Bəhruz Nəzərov bildirib ki, müasir informasiya cəmiyyətində dövlət qurumlarının mətbuat xidmətləri sağlam ictimai rəyin formalaşdırılmasında həlledici rola malikdir. Diqqətə çatdırıb ki, mətbuat xidmətlərinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, informasiya axınının koordinasiyalı şəkildə təşkili və böhran vəziyyətlərində çevik reaksiya qabiliyyətinin artırılması baxımından belə təlimlər xüsusi əhəmiyyət daşıyır və peşəkar kommunikasiya mədəniyyətinin inkişafında müstəsna rol oynayır.

“Strateji kommunikasiya yanaşmaları və böhran dövrlərində effektiv idarəetmə” mövzusunda təqdimatla çıxış edən Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva qeyd edib ki, sürətlə dəyişən informasiya mühiti şəraitində ictimaiyyətlə sistemli kommunikasiya strategiyasının formalaşdırılması dövlət qurumları üçün mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, düzgün strukturlaşdırılmış kommunikasiya modeli təkcə məlumatların operativ və ardıcıl şəkildə təqdim olunmasını deyil, eyni zamanda, ictimai etimadın möhkəmləndirilməsini və institusional reputasiyanın qorunmasını təmin edir.

Agentliyin Hüquq şöbəsinin müdiri Adil Tağıyev “Azərbaycanda media mühitinin hüquqi tənzimlənməsində yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edərək, ölkədə media qanunvericiliyi sahəsində həyata keçirilən islahatlar və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verib. O, rəsmi məlumatların yayımı prosesində hüquqi tələblərə riayət olunmasının vacibliyini vurğulayaraq qeyd edib ki, şəxsi məlumatların müdafiəsi, dezinformasiya risklərinin minimuma endirilməsi media sahəsində hüquqi mədəniyyətin formalaşmasında və peşəkar etik standartların möhkəmləndirilməsində mühüm rol oynayır.

Təlimin yekununda Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova tərəfindən “Media savadlılığı: informasiyanın etibarlılığının təmin edilməsi və dezinformasiyaya qarşı mübarizədə effektiv yanaşmalar” mövzusunda interaktiv vörkşop keçirilib. Sessiya çərçivəsində mətbuat xidmətlərinin rəqəmsal informasiya mühitində risklərin analizi və idarə edilməsi, məlumat mənbələrinin etibarlılığının yoxlanılması, eləcə də rəsmi kommunikasiya standartlarına uyğun fəaliyyət vərdişlərinin təkmilləşdirilməsi istiqamətində praktiki müzakirələr və təcrübi tapşırıqlar həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri