Naxçıvanda genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü ərəfəsində Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Pircuvar Dövlət Meşəsi ərazisində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
Aksiya Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyasının arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib.
Ağacəkmə aksiyası zamanı 3,5 hektarda 2 min 200 ağac əkilib. Anlaşma Memorandumunun məqsədi 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 min ağac olmaqla, ümumilikdə, 1 milyon ağacın əkilməsi istiqamətində işlərin həyata keçirilməsidir.
Qeyd edək ki, ötən il memorandumun iştirakçıları, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Kəngərli rayonu ərazisində 10 hektar sahədə 10 mindən çox ağac əkilib və ərazidə suvarma sistemləri quraşdırılıb.
Səbuhi Həsənov
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 05 Noyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















