Naxçıvanda hiperintensiv bağların salınmasına görə dövlət dəstəyi mexanizminin tətbiqinə başlanılacaq
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 27 yanvar, AZƏRTAC
İlk dəfə Naxçıvanda hiperintensiv bağların salınmasına görə dövlət dəstəyi mexanizminin tətbiqinə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov yeni subsidiya əmsalları ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, Naxçıvanda hiperintensiv bağların salınmasına görə yüksək subsidiya əmsalları müəyyənləşib.
“Qərara əsasən, muxtar respublikada hiperintensiv meyvə bağlarının salınmasına görə çəkilən xərclərin 70 faizi dövlət tərəfindən birdəfəlik əkin subsidiyası formasında qarşılanacaq”,- deyə o diqqətə çatdırıb.
Nazirlik rəsmisi ölkədə şəkər çuğunduru üzrə də subsidiyasının miqdarının artırıldığını əlavə edib: “Müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə əkilən şəkər çuğunduru üzrə subsidiyanın miqdarı hər tona 19 manatdan 22 manata qaldırılıb. Müasir suvarma sistemləri ilə təmin olunmamış sahələrdə isə subsidiya 18 manatdan 19 manatadək artırılıb”, - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 27 Yanvar 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















