Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan, 24 sentyabr, AZƏRTAC
Naxçıvan şəhərində “I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026” adlı beynəlxalq elmi-praktik tədbir keçirilir.
Tədbir Naxçıvan Dövlət Universiteti, Ankara Universiteti, Avrasiya Qastroenteroloji Cəmiyyəti və Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 26-dək davam edəcək tədbir çərçivəsində XXIII Avrasiya Qastroenteroloji Cəmiyyəti Konqresi, Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar üzrə Beynəlxalq Konqres, həmçinin İltihabi Bağırsaq Xəstəlikləri və İntestinal Ultrasonoqrafiya üzrə Beynəlxalq Kurs keçirilir.
Proqramda master-klaslar, praktiki kurslar, canlı endoskopik və cərrahi nümayişlər, panel müzakirələri, simpoziumlar və elmi təqdimatlar təşkil olunur. Müxtəlif tibbi istiqamətlər üzrə aktual məsələlərin müzakirə olunduğu tədbirdə Avropa, Amerika, türkdilli ölkələrdən və Bakıdan 300-dən çox professor və yüksək ixtisaslı həkim iştirak edir.
Tədbir çərçivəsində 30-dan çox mütəxəssisin iştirakı ilə Naxçıvanda fəaliyyət göstərən tibb müəssisələrində qastroenterologiya, onkologiya, urologiya, mama-ginekologiya, pediatriya, oftalmologiya, reanimatologiya və digər sahələr üzrə xəstələrin müayinə və qəbulunun keçirilməsi də nəzərdə tutulur.
Ümumilikdə, “I Naxçıvan Beynəlxalq Tibb Günləri –2026”nın 2000-dən çox tibb işçisi, rezident və tələbəni əhatə etməsi gözlənilir.
Müxbir – Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 24 Sentyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















