Naxçıvanda “Uşaqların rəngli dünyası” festivalı keçirilir FOTOLENT
Icma.az, Apa.az saytına istinadən bildirir.
Naxçıvan şəhərində yerləşən “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların rəngli dünyası” festivalı keçirilir.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, festival ərazisi xüsusi dekorlarla bəzədilib və beş əsas zona qurulub. "Təhsil zonası”nda uşaqlar üçün müxtəlif yaradıcı və maarifləndirici dərnəklər fəaliyyət göstərir. Burada xalçatoxuma, STEAM, frontal zəka oyunları, dulusçuluq, döymə, oyma, rəsm, muncuq işi və digər sahələr üzrə stendlər nümayiş olunur. “İdman zonası”nda isə stolüstü tennis, şahmat, voleybol, “Şən startlar” və müxtəlif əyləncəli uşaq oyunları təşkil edilib.
Qeyd edək ki, “Uşaqların rəngli dünyası” festivalı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, muxtar respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 01 İyun 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















