Icma.az
close
up
RU
Naxçıvanda kikboksinq üzrə döyüş gecəsi keçirilib

Naxçıvanda kikboksinq üzrə döyüş gecəsi keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 1 sentyabr, AZƏRTAC

Avqustun 31-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində uşaq, yeniyetmə və gənclər arasında kikboksinq üzrə beynəlxalq turnir keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə reallaşan yarışda Türkiyə və Azərbaycandan 12 klubu təmsil edən 120 idmançı qələbə uğrunda mübarizə aparıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirin rəsmi açılış mərasimində Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov çıxış edərək yarışın əhəmiyyətindən danışıb. O, bu tipli tədbirlərin idmanın inkişafı, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, o cümlədən vətənpərvər və sağlam gənclik formalaşdırılması baxımından xüsusi rola malik olduğunu vurğulayıb. Gənclər və İdman Nazirliyinin faydalı təşəbbüşləri daim dəstəklədiyini diqqətə çatdıran Məcid Seyidov sonda bütün idmançılara uğurlar arzulayıb.

Yarışın Təşkilat Komitəsinin sədri Etibar Qəribov turnirin uzun müddət hafizələrdə qalacağına və idmançıların burada böyük təcrübə əldə edəcəyinə ümidvar olduğunu bildirib.

Mərasimin bədii hissəsində milli rəqs qrupunun çıxışları tamaşaçılar tərəfindən maraqla izlənilib. Sonra tanınmış türkiyəli aparıcı Tarık Sayının təqdimatında gecənin əsas döyüşləri başlayıb.

Öz əzmkarlığı və texnikası ilə izləyənlərə həyəcanlı və maraqlı anlar yaşadan idmançıların mübarizəsində Aylin Hüseynzadə, Ravil Əlməmmədov, Uğur Əliyev, Əsgər Heydərov, Umut Cemal Çoban və Əli Hüseynov kəmər döyüşlərində, Əbülfəz Cəfərov, Məhəmməd Hüseynov, Gülay Hüseynova, Zemfira Məmmədova və Oğuz Məmmədli rəqiblərini məğlub edərək qələbə qazanıblar.

Döyüş gecəsi çərçivəsində müxtəlif yaş və çəki kateqoriyaları üzrə ümumilikdə 60 görüş keçirilib. Görüşlərin sonunda hər bir idmançı mükafatlandırılıb. İdmançılara kubok, diplom və kəmər təqdim olunub.

Qeyd edək ki, AKF Hakimlər Kollegiyasının sədri Fəxrəddin Quliyev yarışın baş hakimliyini edib. Eyni zamanda federasiyanın nümayəndəsi kimi yarışın təşkilati işlərində əməyi olanlara, fəal məşqçi və həkimlərə AKF-nin fəxri fərmanları təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri