Icma.az
close
up
RU
Naxçıvanda “Konstitusiya və Suverenlik İli” qeyd olunub

Naxçıvanda “Konstitusiya və Suverenlik İli” qeyd olunub

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində 2025-ci il–“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlət sərhədlərinin bərpası və suverenliyimizin təmin edilməsində cənab İlham Əliyevin çətin və şərəfli yolu” mövzusunda mərasim keçirilib.

Əvvəlcə toplantı iştirakçıları nazirliyin inzibati binasında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxışında ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən danışıb, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını və qüdrətli bir ölkəyə çevrilməsini diqqətə çatdırıb. Nazir iqtisadi müstəqilliyin əldə olunması, sahibkarlığın inkişafı, özəl sektorun formalaşmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən, həmçinin bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, sahibkarlığa dəstək məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi və digər həyata keçirilən islahatlar barədə məlumat verib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin milli suverenliyimiz və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi addım olduğunu vurğulayıb. Azərbaycanın konstitusion inkişaf yolu və dövlət suverenliyi sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov ulu öndər Heydər Əliyevin dövlət quruculuğu istiqamətində fəaliyyətindən danışıb. O vurğulayıb ki, Ümummilli lider müstəqil Azərbaycanın qanunvericilik sisteminin formalaşmasında həlledici rol oynayıb və milli hüquqi dövlətçiliyin əsasını qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hüquq sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.

Mərasimdə “Dövlət sərhədlərinin bərpası və suverenliyimizin təmin edilməsində cənab İlham Əliyevin çətin və şərəfli yolu” haqqında videoçarx nümayiş olunub.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 23 iyun 2025-ci il tarixli “Dövlət qulluqçularının təltif edilməsi haqqında” və 21 iyul 2025-ci il tarixli “Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən media nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncamlarına əsasən “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunmuş Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin, Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarına nişan və vəsiqələr təqdim edilib.

Qabil Yusifoğlu
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri