Icma.az
close
up
RU
Naxçıvanda külli miqdarda saxta alkoqollu içkilər aşkarlanıb

Naxçıvanda külli miqdarda saxta alkoqollu içkilər aşkarlanıb

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlanıb.

Dövlət Vergi Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən aksizli məhsulların dövriyyəsinə nəzarətin gücləndirilməsi, bu məhsulların istehsalı və satışı sahəsində şəffaflığın artırılması və vergi intizamının gücləndirilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı külli miqdarda saxta aksiz markası ilə markalanmış məhsulların satışının həyata keçirilməsi və satış məqsədilə saxlanması faktları aşkar edilib. Belə ki, Murtuzayev Sahil Arif oğluna məxsus Kəngərli rayon Qarabağlar kəndi ərazisində yerləşən anbarda külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər aşkarlanıb və müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar götürülüb. Hazırda faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır.

Dövlət Vergi Xidməti bütün sahibkarlıq subyektlərini vergi və digər qanunvericiliklə müəyyən edilmiş tələblərə ciddi riayət etməyə çağırır. Qanunvericiliyin tələblərinə əməl olunması sahibkarların əlavə maliyyə sanksiyaları və digər hüquqi məsuliyyət tədbirləri ilə üzləşməsinin qarşısını almaqla yanaşı, bazarda sağlam, bərabər və ədalətli rəqabət mühitinin qorunmasına, “kölgə iqtisadiyyatı”nın həcminin azaldılmasına xidmət edir. Aksizli məhsulların istehsalı və dövriyyəsinə nəzarətin gücləndirilməsi istiqamətində görülən tədbirlər bundan sonra da davam etdiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Avqust 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri