Naxçıvanda mənşə sertifikatı verilməsi 24 % artıb
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 335 mənşə sertifikatı verib. SİA xəbər verir ki, bunu Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,1 % çoxdur.
Nazir əvəzi həmçinin deyib ki, 10 ay ərzində muxtar respublikada istehsal edilmiş məhsullardan Gürcüstana 3,2 milyon ABŞ dolları, Yəmənə 1,3 milyon ABŞ dolları, Rusiyaya 1,2 milyon ABŞ dolları, digər ölkələrə isə 3,1 milyon ABŞ dolları olmaqla, ümumilikdə 8,8 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 06 Dekabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















