Icma.az
close
up
RU
Tacikistandan gələn sahibkar oğlu tərəfindən öldürüldü KONKRET

Tacikistandan gələn sahibkar oğlu tərəfindən öldürüldü KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda tələbə Ayxan Vəlizadənin atasını qətlə yetirməsinin təfərrüatı məlum olub.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, qətlə yetirilən İftixar Vəlizadə 2005-ci ildə ailə həyatı qurub və bir müddət sonra Tacikistana köçüb. O, uzun müddət Tacikistanda yaşayıb. Orada xırda ticarətlə məşğul olan İftixar daha sonra biznesini genişləndirib və istehsalçı sahibkar kimi fəaliyyətini davam etdirib. O, Tacikistanda vafli istehsalı sexi açıb.

2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar İftixarın biznesi çöküb və o, 5 uşağı və həyat yoldaşı ilə Azərbaycana qayıdıb. İftixar Vəlizadə Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda, valideynləri ilə birlikdə yaşamağa qərar verib. Biznesi çökən sahibkar psixoloji gərginlik keçirib və əsəb xəstəliyinə tutulub. Bundan sonra isə İftixar mütəmadi spirtli içki qəbul etməyə başlayıb. Hər gün sərxoş vəziyyətdə evə gələn İftixar ailəsi ilə mübahisə etməyə başlayıb. Sonuncu dəfə o, evinə gələrkən böyük qızının küçədə oğlanla söhbət etdiyini görüb. O, evdə buna görə dava salıb və qızını döymək istəyib. Həmin vaxt evdə olan oğlu, Azərbaycan Idman Akademiyasının sağlamlıq və menecment fakültəsinin 1-ci kurs tələbəsi Ayxan Vəlizadə buna mane olmağa çalışsa da, İftixar sakitləşməyib. O, əvvəlcə stolda olan şüşə qabı qızına atıb, sonra isə taxta parçası ilə onu döyməyə başlayıb. Ayxan isə atasının bu hərəkətlərinə mane olmağa çalışıb. İftixar bundan əsəbiləşərək mətbəxə keçib, bıçağı götürüb bütün ailə üzvlərinə hücum edib. Bu vaxt Ayxan atasının qarşısına keçərək, niyə belə əsəbiləşdiriyini soruşub. İftixar isə oğluna – “Get əxlaqsız anan və bacından soruş”, – deyib. Atasının ailə üzvlərinə əxlaqsız deməsindən əsəbiləşən Ayxan bıçağı alaraq ona 4 dəfə zərbə endirib. Nəticədə İftixar ölüb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ayxan Vəlizadə saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, Ayxan Vəlizadənin cinayəti qəsdən adam öldürmə deyil, zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə cinayətidir. Məhkəmə belə qənaətə gəlib ki, Ayxan özünü və ailə üzvlərini müdafiə edərkən zəruri müdafiə həddini aşmaqla atasını öldürüb. Buna görə də onun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə Ayxan Vəlizadə 1 il 6 ay azadlıqdan məhrum edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Oktyabr 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri