Icma.az
close
up
RU
Naxçıvanda “Muxtariyyət kuboku”na start verildi

Naxçıvanda “Muxtariyyət kuboku”na start verildi

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycan və Türkiyənin yeniyetmə qızlardan ibarət voleybol klublarının iştirakı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Muxtariyyət kuboku” uğrunda birinciliyə start verilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan yarışın rəsmi açılış mərasimində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən NVF prezidenti Vüqar Əliyev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov qonaqları salamlayaraq turnirin məqsəd və əhəmiyyəti barədə danışıb, təəssüratlarını bölüşüblər. Naxçıvanın 100 illik muxtariyyəti ilə bağlı tarixi faktlar sadalanıb, Türkiyənin muxtariyyətin qorunub saxlanılmasındakı rolu, ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyi uğrunda buradan başlayan qurtuluş mübarizəsi və xalqın güvəni ilə Azərbaycana bəxş etdiyi mühüm siyasi nailiyyətlər, eyni zamanda Prezident İlham Əliyevin layiqli davamçılıq missiyasından danışılıb. Rəsmilər köklü ənənənələrə, müasir inkişafa və böyük uğurlara malik idman ölkəsi kimi Azərbaycanın dünya müstəvisində önəmli mövqeyə, etimada sahib olduğunu bilidirib, dövlət idman siyasətinin uğurlu icrası sayəsində əldə olunan uğurlardan söz açıblar.

Əlavə olunub ki, dövlətimizin dəstəyi ilə muxtar respublika idmanı yüksək dinamika ilə inkişaf etməkdədir, ulu diyarda idman infrastrukturu genişləndirilir, əhalinin, xüsusən də gənc nəslin sağlam həyat tərzinə təşviqi, idmançıların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində davamlı işlər icra olunur. Bunun nəticəsi olaraq idmançılarımız tərəfindən ölkə və dünya səviyyəli yarışlarda tarixi nəticələr əldə olunur. Məcid Seyidov bildirib ki, NVF-dəki struktur dəyişikliyindən ötən bir il ərzində Naxçıvan voleybolunda faydalı strategiyaya əsaslanan önəmli işlər görülüb, mühüm yeniliklər yaşanılıb. Federasiyanın nazirliklə, AVF ilə qurduğu uğurlu əməkdaşlıq əlaqələri, eləcə də birbaşa fəaliyyəti nəticəsində ictimaiyyət bu sahədə dayanıqlı inkişaf müşahidə edir. Nazir müavini qızların idmana cəlbi və bu konteksdə yığma komandanın formalaşdırılması, yarışlarda, təlim-məşq toplanışlarında iştirak, ölkə millisinə çıxışın əldə olunması Naxçıvanda qadın idmanının inkişafına töhfə kimi qiymətləndirib.

Çıxışında xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini səsləndirməklə ölkələrarası qardaşlıq münasibətlərinindən duyulan dərin məhəbbəti ifadə edən İğdır Gənclik və İdman İl müdiri Recai Şahin “Muxtariyyət kuboku”na Türkiyə klublarının dəvət olunmasına görə təşəkkürünü bildirib. Qonaq bunu ortaq tarixi, mədəniyyəti, dəyərləri olan iki qardaş ölkənin son vaxtlar daha da güclənən idman əlaqələrinin inkişafı baxımından yüksək dəyərləndirib.

Çıxış edənlər komandaları əlamətdar hadisə münasibətilə təbrik edib, baxımlı idman mübarizəsi və uğurlar arzulayıblar.

Sonra komandaların təntənəli keçidi reallaşıb. “Naxçıvan” komandasının kapitanı Zeynəb Babayeva tərəfindən digər klub kapitanlarına rəmzi hədiyyələr təqdim edilib. Mərasimdən sonra “Naxçıvan” və “Sumqayıt” açılış oyunu üçün meydanda olublar. Görüş ev sahibi komandanın 2:0 hesablı (25:16, 25:10) hesablı üstünlüyü ilə tamamlanıb.

Qeyd edək ki, ilk oyunun iştirakçıları “Əskişəhər” və “Tovuz”la birgə “A” qrupunda mübarizə aparır. “B” qrupunda isə U-16 Azərbaycan millisi, “Gəncə”, “Şərqi Zəngəzur” və “İğdır” komandaları qərarlaşıb. Turnirin son günü – 7 sentyabrda final və üçüncülük oyunları keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 02 May 2026 01:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri