Icma.az
close
up
RU
Naxçıvanda nə baş verir? “Vəzifəyə təyin olunanlar FETÖ üzvləridir”

Naxçıvanda nə baş verir? “Vəzifəyə təyin olunanlar FETÖ üzvləridir”

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvanın Baş nazirindən tutmuş, adi şəhər merinə qədər müxtəlif vəzifələrə təyin etdiklərinin hamısı FETÖ-nün üzvləridir. FETÖ-çülərdən başqa nə gözləmək olar?”

Bu sözləri Yenisabah.az-a açıqlamasında əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz deyib. O, qeyd edib ki, hazırda muxtar respublikada fəaliyyət göstərən bir çox sahələrdə maxinasiya və korrupsiya hökm sürür:

“Hər şey kadrlardan asılıdır. Dövlət elə kadrlar seçməlidir ki, onlar təmiz insan olsun. Rüşvətə, korrupsiyaya, saxtakarlığa batmamış insanlar seçilməlidir. 

Naxçıvana indi rəhbərlik edən Fuad Nəcəfli guya Türkiyədə, ODTÜ-də oxuyub. Bu adam sənədləri saxtalaşdıraraq, özünü ODTÜ-nün məzunu elan edib, halbuki oradan oxuya bilmədiyinə görə 3 il sonra qovulub. Gəlib rüşvət verib BDU-da oxuyub. Amma sənədlərində göstərilir ki, ODTÜ-nün məzunudur. Biz bunu ortaya çıxardıq. Vəzifəyə təyin etdikləri də özünə oxşar adamlardır. Naxçıvanın Baş nazirindən tutmuş, adi şəhər merinə qədər müxtəlif vəzifələrə təyin etdiklərinin hamısı FETÖ-nün üzvləridir. FETÖ-çülərdən başqa nə gözləmək olar? Hesablamalar Palatası dəfələrlə Naxçıvanda maliyyə fırıldaqlarını, korrupsiya hallarını aşkarlayıb. Amma heç bir xeyri yoxdur. 

Təsəvvür edin, Naxçıvanın baş naziri Ceyhun Cəlilov əvvəl muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri idi. O adam həmin vəzifədə cəmi 1 il 1 ay 10 gün işləyib, daha sonra baş nazir təyin edilib. Bu adam baş nazir təyin edildikdən sonrakı 1 həftə ərzində 22 qərar qəbul edib. Bu 22 qərar özünün Sosial Müdafiə naziri olduğu müddətdə imzaladığı 22 tenderi ləğv etmək olub. Tenderlərin ləğv edilməsini bu cür əsaslandırıb ki, onlar qanunauyğun keçirilməyib. 

Belə çıxır ki, bu adamın nazir işlədiyi müddətdə işi-gücü saxta tenderlər keçirmək, korrupsiya və maliyyə fırıldağı etmək olub. Görünür, onu məhz bu məziyyətlərinə görə gətirib baş nazir qoyublar. Bir sözlə, Naxçıvanda kadrlar bu cür seçilir”. 

Heydər Oğuzun sözlərinə görə, Hesablamalar Palatası demək olar ki, hər ay Naxçıvandakı müxtəlif sahələrdə ən müxtəlif maxinasiyalar ortaya çıxarılır və DTX-yə göndərilir: 

“Naxçıvanın səhiyyə sistemində işləyən bir baş direktor var idi. Mən həmin adam haqqında yazmışdım. O, bir neçə il ərzində Azərbaycanda bir neçə vəzifə dəyişmişdi. Hamısında da maliyyə fırıldaqçılığı, korrupsiya ittihamı ilə. Hətta barəsində irəli sürülən ittihamlar arasında yoldaşını bıçaqlamaq da vardı. Belə bir adamı gətirib Naxçıvanda 2 xəstəxanaya direktoruq eləmişdi. Yəni bu cür tapılmaz tikələri qabağa çəkmək Fuad Nəcəflinin ən başlıca fəaliyyətlərindən biridir. Fuad Nəcəflinin işi-gücü ancaq maxinatorları başına yığmaqdır.

FETO-çuları gətirib Azərbaycanın Türkiyəyə açılan qapısına qoymağın bir başqa səbəbi də var. Deməli məqsəd odur ki, Türkiyə və Azərbaycan arasında münasibətlər korlansın. Qısası, Naxçıvanda anlaşılmaz təyinatlar təkcə Səhiyyə Nazirliyində baş verənlər deyil. Hesablamalar Palatasının verdiyi bəyanatlara baxsaq, demək olar ki, hər ay Naxçıvandakı müxtəlif sahələrdə ən müxtəlif maxinasiyalar ortaya çıxarılır və DTX-ya göndərilir. Sual olunur: bəs niyə Naxçıvanda bu hadisələrin kökü kəsilmir. Xüsusi nümayəndə deyilən bu adamı toxunulmaz edən hansı qeyri-adi xüsusiyyətidir”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Aprel 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri