Naxçıvanda qəbiristanlıqda dava: Ziyarətə gələn şəxsin burnunu sındırdılar
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvanda qəbiristanlıqda dava olub.
Oxu.Az-ın məlumatına görə, hadisə Naxçıvan şəhər qəbiristanlığında baş verib. Orada gül satan 1992-ci il təvəllüdlü Orxan Məmmədov (adı və soyadı şərtidir) yaxınlarının məzarını ziyarətə gələn şəxslə gülün qiymətinə görə mübahisə edib. Mübahisə davaya çevrilib və O.Məmmədov piştaxtada içərisinə gül yığdığı diskə oxşayan dəmir alətlə həmin şəxsin baş və bədən nahiyələrinə zərbələr endirib. Nəticədə həmin şəxsin burnu və qabırğaları sınıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, O.Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş Naxçıvan Şəhər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslə zərərçəkmiş arasında barışıq elan olunub. Məhkəmə buna görə cinayət işinə xitam verib.
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 06 Yanvar 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















