Icma.az
close
up
RU
Naxçıvanda şəkərli diabetdən əziyyət çəkən uşaqlara pulsuz müasir qlükoz sensor cihazları təqdim olunub

Naxçıvanda şəkərli diabetdən əziyyət çəkən uşaqlara pulsuz müasir qlükoz sensor cihazları təqdim olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan, 24 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən layihələr ardıcıl şəkildə davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu çərçivədə səhiyyə sahəsində xüsusi qayğıya ehtiyacı olan pasiyent qruplarına göstərilən diqqət və dəstək tədbirləri genişləndirilir.

Muxtar respublikada şəkərli diabetdən əziyyət çəkən uşaqlar üçün qan qlükozasının fasiləsiz monitorinqini təmin edən müasir qlükoz sensor cihazları tamamilə ödənişsiz şəkildə təqdim olunub.

Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov sensorlarla təmin olunan uşaqlar və onların valideynləri ilə görüşüb. Nazir bu tip müasir tibbi texnologiyaların istifadəsinin şəkərli diabetlə mübarizədə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd olunub ki, bu cihazlar qanda şəkərin səviyyəsinin daim nəzarətdə saxlanmasına və insulin terapiyasının daha düzgün tənzimlənməsinə şərait yaradır. Bu təşəbbüs ölkə rəhbərliyinin uşaqların sağlamlığının qorunması və onların həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin tərkib hissəsidir.

Görüşdə iştirak edən valideynlər göstərilən bu yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, uşaqların gündəlik həyatında mühüm dəyişiklik yaradacaq bu tibbi dəstəyi yüksək qiymətləndiriblər.

Daha sonra tibb işçilərinin iştirakı ilə uşaqlara sensorların quraşdırılması həyata keçirilib və cihazların istifadə qaydaları barədə valideynlərə ətraflı izahat verilib. Bu atılan addım regionda uşaq endokrinoloji xidmətlərinin inkişafı, erkən diaqnostika və effektiv nəzarətin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri