Icma.az
close
up
RU
Naxçıvanda son 30 ilin ən uğurlu təhsil nəticələri qeydə alınıb

Naxçıvanda son 30 ilin ən uğurlu təhsil nəticələri qeydə alınıb

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində 2024–2025-ci tədris ili son 30 ilin ən uğurlu nəticələri ilə yadda qalıb. 

“Qafqazinfo” xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında 500–700 bal arası nəticə göstərən 379 məzun qeydə alınıb. Bu da son 30 ilin ən yüksək göstəricisi hesab olunur. 

2024–2025-ci tədris ilində ümumtəhsil məktəblərinin 473 məzunu, IX siniflər üzrə 196-sı, XI sinifləri üzrə isə 277-si fərqlənmə attestatına, 4 məzun isə qızıl və gümüş nişana layiq görülüb. Qeyd edək ki, təhsil nazirinin müvafiq əmrinə əsasən Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin məzunu Oruc Heydərov, Şahbuz Rayon Badamlı qəsəbə tam orta məktəbinin məzunu Səma İsmayılova, Naxçıvan Qarnizonu tam orta məktəbinin məzunları Fidan Ağazadə və Fidan Bədəlova qızıl nişana layiq görülən şagirdlər sırasında yer alıblar.

Cari tədris ilində Naxçıvan MR-də məktəbi 3956 məzun bitirib. Məzunların 3565-i yəni 94%-i ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib, 1857 nəfər ilk seçim turunda tələbə adını qazanıb ki, bu da ötən tədris ilinin müvafiq dövrü ilə müqayisədə 104 nəfər çoxdur. 

Naxçıvan məktəbliləri beynəlxalq imtahan və müsabiqələrdə də parlaq nəticələr göstəriblər.

Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nərmin Əliyeva SAT (ABŞ və digər xarici universitetlərə qəbul üçün keçirilən beynəlxalq imtahan) imtahanı üzrə 1600 ballıq sistemdən 1580 bal nəticə göstərərək ölkə birinciliyi və dünya üzrə ən yüksək nəticə göstərən 1 faizlik tələbə siyahısına daxil olub.

Həmçinin Naxçıvan Qızlar Liseyinin XI sinif şagirdi Nuray Cabbarlı 22 ölkədən müraciət edən 35.000 namizəd arasından seçilərək, beynəlxalq FLEX proqramına qəbul edilərək ABŞ-də təhsil almaq imkanı qazanıb.Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdi Elgün Şükürov TECNEST təqaüdünə və CİSCO beynəlxalq təqaüd və sertifikatların layiq görülüb. Ümumilikdə, Naxçıvan məktəbliləri müxtəlif olimpiada və müsabiqələrdə 56 medal əldə ediblər.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri