Almaniyanın kimya sənayesində son 30 ilin ən zəif göstəricisi qeydə alınıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Berlin, 10 noyabr, AZƏRTAC
Almaniyanın kimya sənayesi son 30 ildə ən zəif sifariş portfelini qeydə alıb.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, İfo İnstitutunun apardığı sorğunun nəticələrinə əsasən, oktyabrda sektorda ümumi vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşib və biznes mühiti barometri mənfi 19,4 bəndə düşüb. Sentyabrda bu göstərici mənfi 12 bənd səviyyəsində olub. Sifarişlərin qiymətləndirilməsi isə mənfi 68,9 bəndlə son 30 ildən də artıq dövrün ən aşağı həddinə çatıb.
Rəqabət qabiliyyətinin azalması, yüksək xərclər və aşağı satış qiymətləri fonunda zəif sifarişlərin müəssisələri investisiyaları azaltmağa və işçi sayını ixtisar etməyə məcbur edir. Federal hökumətin yüngülləşdirmə tədbirləri hazırkı iqtisadi şəraitdə vəziyyəti dəyişmək üçün kifayət etmir.
Məlumata əsasən, gələcək aylara dair biznes gözləntiləri də mənfi istiqamətdə dəyişib. Göstərici sentyabrda mənfi 3,7 bənd olduğu halda, oktyabrda mənfi 13,3 bəndə düşüb. Şirkətlər, həmçinin xarici rəqabətin artması səbəbindən qiymətlərini endirməyə məcbur qalıb. Sifarişlərin ümumi vəziyyəti zəif olaraq qalır və şirkətlər xaricdən də yeni impulslar gözləmirlər.
İfo İnstitutunun məlumatına görə, kimya sənayesində istehsal gücündən istifadə səviyyəsi 71 faizə enib ki, bu da son on ilin 81 faizlik orta göstəricisindən xeyli aşağıdır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 10 Noyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















