Icma.az
close
up
RU
Naxçıvanda təcili tibbi yardım xidməti yenilənir FOTO

Naxçıvanda təcili tibbi yardım xidməti yenilənir FOTO

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən Tibb sahəsi üzrə dövlət xidmətlərinin inkişaf etdirilməsi isitqamətində icra edilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasında Təcili Tibbi Yardım Xidmətinin fəaliyyətinin gücləndirilməsi, yeni briqadaların formalaşdırılması və maddi-texniki bazanın təkmilləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilmişdir.

Bu barədə News24.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən məlumat verilib. Bu tədbirlər çərçivəsində Təcili Tibbi Yardım Xidmətinin müasir tələblərə cavab verən səviyyədə təşkili və əhaliyə operativ xidmətin göstərilməsi üçün bir sıra mühüm addımlar atılmış, köhnə təcili yardım avtomobillərinin daxili təchizatı yenilənmişdir. Yeni təchizatlar ilə təchiz edilmiş avtomobillər, Təcili Tibbi Yardım briqadalarının vətəndaşlara göstərdiyi xidmətin keyfiyyətini artırmaqla, ən qısa zamanda effektiv müdaxilənin təmin edilməsinə imkan verir. 

Yeni avadanlıqlar və zəruri tibbi ləvazimatların alınması üçün dövlə büdcəsindən ayrılmış vəsait hesabına ümumilikdə 22 adda avadanlıq və ləvazimat təmin edilmişdir. Alınan avadanlıqlar arasında süni tənəffüs cihazları, portativ aspiratorlar, ambulans üçün portativ aspiratorlar, baş üçün immobilizasiya yastıqları, boyunluqlar, pnevmatik şinalar dəsti, səyyar təzyiq ölçən cihazlar, stasionar təzyiq ölçən, tam təchizatlı təcili tibbi yardım çantaları, yanıq dəstləri, təcili doğum dəstləri, torakal drenaj seti, diaqnostik dəst, defibrilyatorlar və digər zəruri tibbi ləvazimatlar yer alır.

Qeyd olunmalıdır ki, görülən tədbirlər yalnız maddi-texniki bazanın gücləndirilməsi ilə məhdudlaşmır. Yeni briqadaların formalaşdırılması, personalın ixtisasının artırılması və müasir tibbi texnologiyaların tətbiqi ilə xidmətin keyfiyyəti daha da yüksəldilmişdir. Bu addımlar, Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və təcili tibbi yardımın operativliyinin təmin edilməsi sahəsində aparılan kompleks işlərin mühüm tərkib hissəsini təşkil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri