Icma.az
close
up
RU
Naxçıvanda uzun müddətdir boş qalan KRESLOLAR ARAŞDIRMA

Naxçıvanda uzun müddətdir boş qalan KRESLOLAR ARAŞDIRMA

Icma.az, Bizim media saytına istinadən bildirir.

Naxçıvan Muxtar Respublikasında bir sıra dövlət qurumları və təşkilatların rəhbər vəzifələrində uzun zamandır vakant yerləri boşdur.
Bizim.Media hazırda rəhbəri olmayan həmin strukturların siyahısını təqdim edir:
Ali Məclis
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsi iki ilə yaxındır ki, boşdur. Sabiq sədr Vasif Talıbov 2022-ci ilin 21 dekabrında səhhəti ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad edilib. Həmin vaxtdan bəri bu posta təyinat həyata keçirilməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postu da hazırda boşdur. Sabiq nazir Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin olunduqdan sonra onun yerinə hələlik yeni şəxs gətirilməyib. Nazirliyin fəaliyyətinə müvəqqəti olaraq nazir müavini Fərid Bağırzadə rəhbərlik edir.
Mədəniyyət Nazirliyi


Naxçıvan Mədəniyyət Nazirliyində də nazir kreslosu boşdur. Sabiq nazir Natəvan Qədimova 2023-cü ilin 8 may tarixində vəzifəsindən azad edilib. O vaxtdan etibarən nazir postuna təyinat gerçəkləşməyib. Nazir səlahiyyətləri  Həsən Seyidova həvalə edilib.
Rabitə Nazirliyi
Rabitə Nazirliyinin rəhbər kreslosu da iki ildir sahibsiz qalıb. Sabiq nazir Vüsal Sevdimaliyev 2023-cü ilin oktyabr ayında vəzifəsindən azad edilib. Nazirliyin fəaliyyətinə hazırda müvəqqəti rəhbərlik edən şəxs yoxdur.
Gənclər və İdman Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri postu da boşdur. Bu vəzifəni son olaraq Ramil Hacı icra edib. Onun vəzifədən ayrılmasından sonra yeni nazir təyin edilməyib.
Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri QSC
Naxçıvan Dövlət Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli öz ərizəsi ilə vəzifəsindən azad edilib. Hazırda quruma sədr müavini İlhamə Novruzova müvəqqəti rəhbərlik edir.
Naxçıvan Müəllimlər İnstitutu
Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov vəzifəsindən azad edilib. O, deputat seçildiyi üçün bu postdan çıxarılıb. Hazırda institutun rektor kreslosu boşdur.
Aygün Hüseyn, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Oktyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri